...

Azərbaycan Dövlət Neft Fondunun 2007-ci il büdcəsinə xərclərin artırılması istiqamətində dəyişlik ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2007 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycan Dövlət Neft Fondunun 2007-ci il büdcəsi dövlət büdcəsinin proqnozlarının düzəldilməsi çərçivəsində dəyişlikliklərə məruz qalacaq. Maliyyə Nazirliyindən bazar ertəsi verilən məlumata əsasən, Neft Fondunun xərclərini 50 mln. manatadək artırmaq planlaşdırılır.

ADNF-nin icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görə, fondun büdcəsində Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmir yolunun açılması layihəsi üzrə Gürcüstan hissəsinin maliyyələşdirilməsi ilə bağlı xərcləri də əlavə etmək planlaşdırılır. Dəmir yolunun Marabda-Axalkalaki hissəsinin yenidən qurulmasına və Axalkalakidən Türkiyə sərhədinə qədər dəmir yolunun tikintisinə 200 mln. dollar ayrılacaq.

Maliyyə Nazirliyindən qeyd olunduğu kimi, bu vəsaitlər bütövlükdə 2007-ci ili üçün nəzərdə tutulub, lakin qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması üzrə xərclərin 150 mln manatadək ixtisar olunması nəticəsində Fondun xərclərinin ümumi artımı 50 mln. manat səviyyəsində nəzərdə tutulub.

Neft Fondunun 2007-ci il üçün təsdiq olunmuş büdcəsinə əsasən, onun gəlirləri 1 555,7 mln. manat, xərcləri isə 977,1 mln. manat səviyyəsində tutulub.

Xəbər lenti

Xəbər lenti