...

Azərbaycan Marketinq Cəmiyyəti yeni layihə hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2007 19:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /müx.Trendlife Kamilə Məmmədova/Azərbaycan Marketinq Cəmiyyəti (AMC) "Azərbaycanın eksport kataloqu" adlı yeni layihə hazırlayır. Bu haqda Trendlife-a AMC-nin mətbuat xidmətindən xəbər veriliib.

Layihənin əsas məqsədi yerli malların rəqabətə davamlığı, xaricdə iş adamları ilə əlaqələrin qurulması və yeni bazarların aşkarlanmasıdır. Qeyd etmək lazımdır ki, ixrac əməliyyətlarının sürətli inkişafına baxmayaraq, dünyada Azərbaycanın ixrac potensialı haqqında məlumatlandırma məsələləri yüksək səviyyədə deyil, bununla bağlı tam və bütöv məlumat yoxdur. Bəzi yerli şirkətlər obyektiv və subyektiv səbəblərə görə xaricdə istehlak bazarının aşkarlanmasında və xarici həmkarlarla ələqələr qurulmasında bir sıra çətinliklərlə üzləşirlər. Bu baxımdan Azərbaycanın xaricdə olan rəsmi nümayəndələri vasitəsilə ticərət, ixrac, idxal sahəsi ilə bağlı kataloqun yayılması nəzərdən keçirilir.

Layihə çərçivəsində dünya əməkdaşlıq cəmiyyəti olan BİZNİS sistemində, eləcə də yerli, beynəlxalq səviyyəli konfranslar, forumlar, sərgilər təqdim olunacaq. Bu layihənin hazırlanmasında beynəlxalq təşkilatlar, yerli orqanlar kömək göstərəcəklər.

Xəbər lenti

Xəbər lenti