...

Azərbaycanın Capital Bankı bəyan edib ki, fermerlərin subsidiyalarla bağlı problemi olmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2007 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir "Trend.Capital" Ü.İsmayılova/ Azərbaycanın Capital Bank dövlət bankı bəyan edib ki, subsidiyaların verilməsində fermerlərin heç bir problemi olmaycaq. Bankın İdarə Heyətinin sədri Rauf Rzayevin sözlərinə görə, subsidiyaların verilməsi kart sistemi ilə yerlərdə həyata keçiriləcək.

Azərbaycan hökuməti fermerlərin əldə etdiyi yanacaq və mineral gübrələrin dəyərinin 50 faiz kompensasiya edilməsi məqsədilə kənd təsərrüfatı sahəsinə subsidiyaların verilməsi üçün agent-bank qismində Capital Bankı seçib.

"Bizə lazım olan yeganə şey telefon xətti və POS-terminaldır", deyə o bildirib.

Bankın özəlləşdirilməsinə gəldikdə, Rzayev bildirib ki, Azərbaycan prezidentinin 9 fevral tarixli müvafiq fərmanından sonra Azərbaycanın Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi yanında komissiya yaradılıb.

"Komissiyaya bankın özəlləşdiriliməsi üzrə tenderdə iştirak etmək istəyən şirkətlərdən təkliflər daxil olur", deyə o bildirib.

Rzayev bildirib ki, Capital Bankın cari ilin birinci rübündə gəlirləri təxminən 6,8 mln. manat, mənfəəti isə 3,8 mln. manat təşkil edib. Birinci rüb ərzində bankın büdcəsi 109 faiz yerinə yetirilib, bu da bu il üçün olan əvvəlki proqnozdan 24 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti