...

Bakıda Azərbaycan-Almaniya iqtisadiyyatı günü keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2007 16:28 (UTC +04:00)

Azərbaycan,Bakı / Trend / Azərbaycan-Almaniya iqtisadiyyat gününün Bakıda keçirilməsi mayın 21-nə planlaşdırılıb. Bu barədə çərşənbə axşamı Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) yaydığı məlumatda bildirilib.

Bununla əlaqədar respublikaya 15 alman biznesmenindən ibarət olan qrupun gəlişi gözlənilir. Onlar ölkənin iş adamları ilə ikitərəfli görüşlər keçirəcək.

Tədbir Alman-Azərbaycan İqtisadi Yardım İttifaqı (DAWF), AR İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunub.

Alman şirkətləri, əsasən kənd təsərrüfatı, tikinti, enerji, ticarət və sair sahələri təmsil edəcəklər. Biznesmenlərin Azərbaycana səfəri Almaniyanın Federal İqtisadiyyat və Texnologiya Nazirliyi tərəfindən təşkil olunur. Səfər çərçivəsində, həmçinin, Gəncədə biznesmenlərin və rəsmi şəxslərin iştirakı ilə "İşgüzar birjanın" keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti