...

Varşavada Azərbaycan və Polşa audit palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Varşavada Azərbaycan auidit palatası ilə Polşanın milli audit palatası arasında əməkdaşlıq protokolu imzalanıb. Bu barədə rəsmi mətbuat məlumat verir.

Müvafiq sənəddə iki ölkənin audit xidmətinin inkişafı və tənzimlənməsi, korrupsiya və iqtisadi cinayətkarlıqla mübarizə sahəsindəki məqsəd və vəzifələrin ümumiliyi vurğulanıb.

Protokol iki strukturun mütəxəssisləri arasında peşəkar əlaqələr üçün münbit şəraitin yaradılması, qanunvericilik çərçivəsində informasiya və təcrübə mübadiləsi əməkdaşlığının genişləndirilməsi, qanunvericilik aktlarının, normativ sənədlərin və auditlə bağlı tədris vəsaitlərinin hazırlanması, beynəlxalq audit birlik və təşkilatları ilə əlaqələrin qurulması, habelə digər sahələrdə əməkdaşlıq məsələlərini nəzərdə tutulur. Tərəflər həmçinin birgə seminar və konfransların keçirilməsi öhdəliklərini üzərinə götürüblər.

Xəbər lenti

Xəbər lenti