Azərbaycan, Bakı müx. Trend İ.Xəlilova / Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev Florensiya Universitetinin professoru, UNICEF-in elmi-tədqiqatçısı Covanni Andrea Kornia ilə görüşdə bildirib ki, 2007-ci ildə 100 azərbaycanlı tələbə dünyanın aparıcı universitetlərində təhsil almaq hüququ əldə edəcək. 2008-ci ildə bu göstərici 1000 nəfərə çatdırılacaq. Babayev hesab edir ki Azərbaycanlı gənclərin nümayəndələrinin xaricdə təhsili ilə bağlı dövlət proqramı (2007-2015) iqtisadiyyatın müxtəlif sahələrini yüksək ixtisaslı kadrlarla təmin etməyə imkan verəcək.
Qonaq Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı ölkədə keçirilən tədbirləri, təhsilin inkişafı istiqamətində dövlətin qayğısının artması və həmçinin təhsilin sərmayə qoyulan sahələrdən birinə çevrilməsini yuksək qiymətləndirib. O təklif edib ki, UNICEF Azərbaycanda uşaqların təhsilə olan marağı nın səviyyəsini müəyyən etmək üçün tədqiqat aparsın. Müvafiq tədqiqatlar artıq Qazaxıstanda orta yaş kateqoriyası (6-15 və 15-19 yaş) arasında aparılıb. Nazir bu tədqiqatların vacibliyi ilə razılaşıb və təklifi dəstəkləməyə hazıri olduğunu bildirib.