...

2007-ci ildə ÜDM artımının yarı hissəsi neft-qaz sektoru hesabına maliyyələşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2007 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / "BVF-in yaradılması" haqqında müqavilənin 6-cı bəndinin xülasəsinin nəticələrinə əsasən, BVF-in hesabatında bildirilir ki, Beynəlxalq Valyuta Fondu 2006-cı ilin 31% göstəricisi ilə müqayisədə ÜDM-in 29,1% artacağını prorqnozlaşdırır. ÜDM-də neft-qaz sektoru payının keçən ilin 68,7% göstəricisi ilə müqayisədə 52,6% olacağı bildirilir. 2007-ci ildə həmçinin 2006-cı illə müqayisədə iqtisadiyyat sahəsində kreditlər 61,1% artacaq. ÜDM-in artımı 2007-ci ildə 37,5% səviyyəsində proqnozlaşdırılır ki, bunun da 52,9%-i neft-qaz sektorunun hesabına təmin olunacaq.

ÜDM-ə qoyulan ümumi investisiyalar 28,4% dəyərində qiymətləndirilir, özəl sektorun investisiyalarının artımı isə 14,6 % təşkil edir. Birbaşa xarici investisiyalar 17,4% azalacaq.

ÜMD-in 2007-ci il üçün nominalı 24,383 mlrd. manat, qeyri-neft nominalı isə 10,386 mlrd. manat təşkil edəcək. Bu arada ÜDM-in adambaşına nominalı 3 356 dollara çatacaq.

Xəbər lenti

Xəbər lenti