Azərbaycan, Baku /müx. Trend İ.Xəlilova / Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Fərhad Əliyevin verdiyi məlumata görə, ABA-nın yeni nizamnaməsinin təsdiqi ilə bağlı konfransı iyulun ortalarına qədər təxirə salınıb. Əvvəlcə assosiasiya üzvlərinin ümumi iclası iyunun 3-cü dekadasına planlaşdırılmışdı, lakin daxili səbəblərdən tarix dəyişdirilib.
Onun sözlərinə görə, nizamnamənin layihəsi assosiasiyanın üzvləri tərəfindən razılaşdırılıb. Həmçinin nizamnamə ABA-nın aprelin 20-də keçirilən növbədənkənar iclasında təsdiq olunub.
"Banklar və biznes" jurnalının son nömrəsində nizamnamənin layihəsi və ABA-nın strateji planı, fəaliyyətin əsas istiqamətləri və 2007-2011-ci illərdə institusional inkişafın əsas istiqamətləri çap olunub. Hər iki sənəd konfransda təsdiq olunacaq.
Əliyevin bildirdiyi kimi, konfrans ərəfəsində rəyasət heyətinin iclası gözlənilir.
Nizamnamənin layihəsinə əsasən, rəyasət heyəti və auditor komitəsi 5 il müddətinə çağırılacaq. Rəyasət heyətinin iclası hər rübdə bir dəfədən az olmayaraq keçirilməlidir.