...

Dövlət Gömrük Komitəsi yanvar-may aylarında ticarət əməliyyatlarının həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Yanvar-may aylarında Azərbaycanın dünyanın 118 ölkəsi ilə apardığı ticarət əməliyyatlarının məbləği $3867998,6 min təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bu dövr ərzində 1735 növ mal üzrə $1862132,6 min dəyərində ixrac, 5607 növ üzrə $2005865,9 min dəyərində idxal əməliyatları həyata keçirilib. İdxal-ixrac əməliyyatları üzrə $143733,3 min mənfi saldo yaranıb.

2006-cı ilin müvafiq dövrü ilə müqayisədə ixrac əməliyyatlarının həcmi 24,69 faiz ($610356 min) azalıb, idxal əməliyyatları isə 20,24 faiz ($610356 min) artıb.

Müvəqqəti ixrac rejimində 44700 min dollar dəyərində mal ixrac olunub, 130164,8 min dollar dəyərində mal idxal olunub.

Xəbər lenti

Xəbər lenti