...

Azərbaycanda məhsul yığımı başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2007 19:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müx.S.Babayeva/ Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, iyun ayının əvvəlində Azərbaycanda tərəvəz məhsullarının yığımı 69,4 min ton təşkil edib ki, bu da 2006-cı ilin analoji dövrü ilə müqayisədə 0,7% çoxdur. Kartof yığımı 61 min ton (1,5%), meyvə və giləmeyvə 3,8 min ton(21,5%) təşkil edib. Təsərrüfatlardə dənli bitkilərin yığımı başlanıb. Bu dövr ərzində dənli bitkilərin həcmi 193 min ton təşkil edib.

Yanvar- may aylarında istehsal olunan kənd təsərrüfatı məhsullarının dəyəri 449,5 mln. manat təşkil edib ki, bu da 7,9% çoxdur. Bitkiçilik sahəsində bu göstərici 0,5%, heyvandarlıq sahəsində isə 8,4%-dir.

Meşəçilik təsərrüfatları tərəfindən məhsul istehsal olunub və 307 manat dəyərində xidmət göstərilib, balıqçılıq təsərrüfatlarında isə bu rəqəm 51 min manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti