...

2007-ci ilin yarım ilində Azərbaycanın qiymətli kağızlar bazarının bütün seqmentlərində artım müşahidə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2007 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 2007-ci ilin birinci yarısında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə bağlanılmış əqdlərin ümumi həcmi 1492,255 mln. manat təşkil edib, bu da ötən ilin müvafiq dövrünün eyni göstəricisindən 339,97 faiz yuxarı olub. Bu barədə BFB-nin yaydığı məlumatda göstərilib.

Sövdələşmələrin 88,19%-i dövlət qiymətli kağızlarının payına düşür.

Birja fəallığının artımı mütəşəkkil qiymətli kağızlar bazarının bütün seqmentlərində nəzərə çarpıb. Daha böyük artım təkrar səhm bazarı seqmentində müşahidə olunub.

Bütün alətlər üzrə BFB-də keçirilmiş hərracların nəticələri üzrə müqayisəli cədvəl (yanvar-iyun 2007)

Bazarın seqmentləri 2007 (30.06.07)AZN 2006 (30.06.06)AZN 2006-cı ilə faiz nisbəti
DQİ (AR MN) - (yerləşdirmə) 84.822.637,56 40.355.713,62 210,19%
DQİ (AR MN) - (təkrar bazar) 11.882.352,46 4.201.310,32 282,83%
Notlar (AR MB) - (yerləşdirmə) 712.683.150,34 257.760.438,04 276,49%
Notlar (AR MB) - (təkrar bazar) 114.338.419,34 33.950.951,54 336,78%
Repo əməliyyatlar 392.255.114,75 52.078.477,74 753,20%
Cəmi DQK bazarı 1.315.981.674,45 388.346.891,26 338,87%
Korporativ istiqrazlar - (yerləşdirmə) 18.786.172,19 9.696.651,24 193,74%
Korporativ istiqrazlar - (təkrar bazar) 4.106.501,56 962.464,11 426,67%
Səhmlər - (yerləşdirmə) 113.199.618,20 37.108.381,20 305,05%
Səhmlər - (təkrar bazar) 40.180.651,11 2.822.178,92 1423,75%
Cəmi KQK bazarı 176.272.943,06 50.589.675,47 348,44%
CƏMİ 1.492.254.617,51 438.936.566,73 339,97%
Xəbər lenti

Xəbər lenti