...

Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyası Afinada energetika və ticarət sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ İqtisadiyyat, sənaye, texnologiya sahələri üzrə Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının cümə günü keçirilən toplantısı protokol imzalanması ilə başa çatıb. Bu barədə Azərbaycanın Yunanıstandakı səfirliyinin üçüncü katibi Vüsal Abdullayev Afinadan məlumat verib.

Diplomat bildirib ki, komissiyanın Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev və Yunanıstanın xarici işlər nazirinin müavini Evripedis Stilianidisin rəhbərliyi ilə keçirilən toplantısında ticari-iqtisadi əməkdaşlıq üzrə bir sıra məsələlər müzakirə olunub.

Danışıqlarda əsas diqqət enerji və ticarət sahəsindəki əməkdaşlıq msəsələlərinə ayrılıb. Toplantının gündəliyinə həmçinin kənd təsərrüfatı, sənaye, nəqliyyat və sahibkarlığın inkişafı sahələrində əməkdaşlıq məsələləri də daxil edilib.

Hökumətlərarası komissiya 2003-cü ildə yaradılıb.

Yunanıstana səfəri çərçivəsində Azərbaycanın hökumət nümayəndə heyəti ölkənin özəl qurumlarının nümayəndələri ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti