...

Lizinq Şirkətləri Assosiasiyasının rəhbəri: Azərbaycanda lizinqin inkişaf potensialı böyükdür (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2007 16:32 (UTC +04:00)
Lizinq Şirkətləri Assosiasiyasının rəhbəri: Azərbaycanda lizinqin inkişaf potensialı böyükdür  (video)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova / Lizinq Şirkətləri Assosiasiyası 2005-ci ildə yaradılıb və hazırda 9 şirkət və bankla təmsil olunur. Əvvəllər isə Assosiasiya 12 üzvlə təmsil olunurdu və onlardan üçü lizinq fəaliyətini dayandırıb.

Trend ın Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyasının prezidenti, AG Leasinq lizinq şirkətinin rəhbəri Azər Məmmədovla müsahibəsi:

-Sizin fikrinizcə Azərbaycanda lizinq xidmətləri bazarı necə inkişaf edir?

- Hazırda Azərbaycanda lizinq fəaliyyəti kifayət qədər məşhurdur və biz bu bazarın problemlərinin həlli ilə məşğul oluruq. Assosiasiya öz fəaliyyətini vergiqoyma, lizinq şirkətlərinə ağır vergilər qoyulmasının qarşısını almaq istiqamətində yönəldib. Bizim başlıca məqsədimiz lizinqin bazardakı digər maliyyə xidmətləri ilə müqayisədə rəqabət qabiliyyətini artırmaqdır. Qeyd edim ki, lizinqin ən başlıca rəqibi bank kreditləşməsidir və bu gün bir sıra mövqelərinə görə lizinq heç də əlverişli vəziyyətdə deyil. Lizinq vergiyə çox həssasdır və bizim təşəbbüslərimiz bu növ maliyyə xidmətinin gələcək inkişafına yönəlib. Ekspertlərin hesablamalarına görə, Azərbaycanda lizinqin potensialı 500 mln. manat təşkil edir. Potensial böyükdür, lakin lizinq şirkətlərinə sahibkarlara xidmət göstərilməsində kömək etmək lazımdır. Nəticədə bu, yeni iş yerlərinin yardılmasına, şirkətlərin, həmçinin dövlət büdcəsinə vergi daxil olmalarının artmasına gətirib çıxaracaq.

- Lizinqin konkret hansı problemləri var?

- Azərbaycanın lizinq bazarının problemlərindən biri lisenziyalaşmanın və lizinq fəaliyyəti nizamlayıcısının yoxluğudur. Assosiasiya artıq işini qanunvericilik təşəbbüslərinə doğru yönəldib və əgər biz ortaq məxrəcə gələ bilsək, bu halda təşəbbüslərdən biri belə bir nizamlayıcının yaradılması olacaq. Əgər hökumət bizə kömək edərsə, biz bu məsələni həll edə bilərik.

Problemin həllindən sonra, xüsusilə vergi probleminin həllindən sonra biz lizinq bazarının nizamlayıcısının yaradılması təşəbbüsu ilə çıxış edəcəyik. Hələ ki, biz bu məsələyə çox maraq göstərmirik, çünki hazırda lizinq bank kreditləşməsi kimi cəlbedici deyil, lizinq şirkətlərinin sayı azdır.

Hökumətin qəbul edəcəyinə ümid etdiyimiz yeni qanunlara gəldikdə isə, biz maksimal dərəcədə şəffaf olmaqda maraqlıyıq. Biz bazara bir gün ərzində gəlməmişik, ölkə üçün çalışırıq və hər bir ölkənin iqtisadiyyatının dayandığı kiçik və orta sahibkarlığı inkişaf etdiririk. Biz bu işdə obyektiv olmağa hazırıq.

- Azərbaycanın qanunvericilik bazası lizinqin inkişaf perspektivlərinə nə dərəcədə cavab verir?

- Biz fikirləşirik ki, Azərbaycanın mülki məcəlləsinin lizinqə dair maddələri indiki dövrün tələblərinə cavab vermir, bir çoxu köhnəlib və yenidən nəzərdən keçirilməyə ehtiyacı var. Hazırda Assosiasiyanın hüquqi komitəsinin tərkibində razılığa gəlmək istiqamətində iş aparırıq, dövlət orqanlarından lizinq haqqında yeni qanun qəbul etməyi, yaxud da mövcud mülki məcəlləni təkmilləşdirməyi xahiş etmək məsələsini müəyyənləşdiririk. Bu sahədə biz özəl qeyri- kommersiya təşkilatı olan ACDI/VOCA ilə danışıqlar aparmışıq və bu təşkilat bizim təşəbbüsümüzü dəstəklədiyini, yeni qanunun hazırlanmasında və ya mülki məcəllənin təkmilləşdirilməsində texniki yardım göstərməyə hazır olduğunu bəyan edib. Biz hesab edirik ki, Assosiasiyanın hüquqi komitəsi hələ iki ay da fəaliyyət göstərəcək, sonra isə ya mülki məcəllə üzərində, ya da lizinq haqqında qanun üzərində konkret iş başlayacaq.

- Bu gün lizinq şirkətləri beynəlxalq maliyyə institutları ilə hansı səviyyədə əməkdaşlıq edir?

- Ölkənin bazarı günü-gündən investorlar üçün daha maraqlı olur. Azərbaycan balaca ölkədir, lakin biz iqtisadiyyatın sürətli inkişaf tempinə malikik, manat güclü valyutadır. Dünyanın inkişaf etmiş ödkələrinin bir çox şirkətləri ölkənin maliyyə əməliyyatlarında iştirak edirlər. Bir az əvvəl qeyd etdiyim kimi, lizinqin ən böyük rəqibi bank kreditləşməsidir. Məsələ ondadır ki, bankların əksəriyyəti artıq beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edirlər. Azərbaycan bankları uzunillik tarixə malikdir, lizinq şirkətləri isə cavandır və hələ kifayət qədər kapitallaşmayıb. Çox az şirkətlərin kapitallaşması bir milyon və ya bir milyondan çoxdur.

Ciddi bir maliyyə institutu üçün kiçik kredit tarixinə malik olan, beynəlxalq standartlara uyğun audit aparmayan, reytinq əldə etmək üçün addım atmayan balaca lizinq şirkəti ilə əməkdaşlıq etmək problemli məsələdir.

Beynəlxalq maliyyə institutları üçün 5-10 mln. dollar sərmayə daha maraqlıdır. Lakin bu gün Azərbaycanda, demək olar ki, heç bir lizinq şirkəti belə ciddi maliyyə institutları ilə danışıqlara başlamağa hazır deyil. Buna baxmayaraq hazırda investorlarla danışıqlar aparılır və fikirləşirəm ki, bu yaxınlarada Azərbaycanda ucuz xarici pullar meydana gələcək.

- Bu ilin sonuna qədər lizinq şirkətlərinin portfelinin nə qədər artacağı gözlənilir?

- Mənim hesablamalarıma görə, Azərbaycanın lizinq şirkətlərinin ümumi portfeli ilin sonuna qədər 100 mln manatı ötəcək. Beynəlxalq Maliyyə Korporasiyasının məlumatına görə, ölkədə ümumi lizinq portfeli 80 mln. manat təşkil edir. Lakin BMK ölkədə lizinqə dəstək proqramını başa vurub və bu istiqamətdə artıq iş aparmır. Assosiasiyanın çərçivəsində biz öz hesablamalarımızı başlamağı planlaşdırırıq. Azərbyacanda lizinqin inkişaf perspektivlərinə gəldikdə isə, deyə bilərəm ki, bizim təşəbbüslərimizin qəbulundan sonra Azərbaycanda lizinq xidmətlərinin sürətli inkişafı başlanacaq.

Xəbər lenti

Xəbər lenti