...

Dövlət Dəniz Asministrasiyası rəhbərinin müavini: Azərbaycanın ticarət donanması yenilənməlidr (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2007 18:10 (UTC +04:00)
Dövlət Dəniz Asministrasiyası rəhbərinin müavini: Azərbaycanın ticarət donanması yenilənməlidr (video)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəhbərinin müavini Namiq Ağamalıyevlə Trend ın müsahibəsi.

- 2007-ci ilin birinci yarısında Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası hansı uğurlara nail olub? 2007-ci ilin ikinci yarısı üçün planlar necədir?

- Sizin sualınıza cavab verərəkən bunu söyləməyi özümə borc bilirəm ki, bizim ümummilli liderimiz Heydər Əliyevin son dərəcə uzaqgörən və müdrik siyasəti və onun davamçısı İlham Əliyevin Dəniz Administrasiyasının qurulmasının ilkin mərhələlərində göstərilən dəstəyi nəticəsində Azərbaycan aparıcı dəniz dövləti kimi tanınır. Bizim ümummilli liderimiz Heydər Əliyev hələ sovet dövründə respublika rəhbəri olarkən Azərbaycan iqtisadiyyatının möhkəmlənməsi və inkişafında dənizçilik sahəsini yüksək qiymətləndirirdi.

Sizə də məlumdur ki, bizim dövlətimiz tərəfindən 20-dən çox dənizçilik konvensiyası imzalanıb. Administrasiyanın fəaliyyətinə ölkə ərazisində dənizçiliklə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən bu konvensiyaların tələbləlrinə əməl olunmasına nəzarət, həmçinin Beynəlxalq Dəniz Təşkilatı qarşısında görülmüş işlər barədə dövrü hesabatlar vermək daxildir.

Azərbaycanın qəbul etdiyi konvensiyalar sırasında C-185 "Dənizçilərin milli şəxsiyyət vəsiqəsi haqqında" 2003-cü il BƏT (Beynəlxalq Əmək Təşkilatı) Konvensiyası var.

Nazirlər Kabineti və digər müvafiq orqanlarla razılaşdırıldıqdan sonra ölkə hökumətinə baxılması və təsdiq olunması üçün "Dənizçinin şəxsiyyət vəsiqəsi" haqqında sənəd təqdim olunub. Bu sənədin Azərbaycan bayrağı altınada üzən gəmilərdəki dənizçilər üçün və ümumilikdə dövlət üçün xüsusi əhəmiyyəti var.

Bu məsələ ilə bağlı biz bu ilin iyul ayında BƏT Müfəttişliyinin ekspertlərdən ibarət nümayəndə heyətini qəbul etdik. BƏT müfəttişliyinin nümayəndələri "vəsiqənin" tərtibatında lazımı düzəlişləri etdilər. Ümumilikdə müfəttişlik bizim işimizdən razı qaldı və bu sevindiricidir.

Hesab edirəm ki, uğurlar barədə danışmaq hələ tezdir, lakin bir il ərzində biz kifayət qədər böyük həcmdə işlər görmüşük.

Biz öz fəaliyyətimizi 20 aprel 2006-cı ildə prezidentin fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Əsasnaməsi"nə uyğun olaraq həyata keçiririk. Yuxarıda göstərilən sənəd təsdiq olunan andan "Əsasnamənin" hər bir maddəsinə uyğun olaraq əsas sənədlər hazırlanır və təsdiq olunmaq üçün hökümətə təqdim olunur ki, bu da çox böyük həcmdə işdir və vaxtımız azdır.

Bizim fəaliyyətimizdəki əhəmiyyətli hadisələrdən biri bu ilin 1 iyun tarixindən ölkə hökuməti tərəfindən Dəniz Administrasiyasının göstərdiyi xidmət növləri üçün tariflərin təsdiq olunmasıdır. Bu da bizə gələcək inkişafa və ən əsası ölkə büdcəsinin dolmasına öz payımızı verməyə imkan verəcək.

İlin ikinci yarısında sentyabr ayında bizim Avropa Birliyi təhlükəsizlik üzrə Komitəsinin ekspertlər qrupu ilə işgüzar görüşümüz nəzərdə tutulub. AB eksppertlərinin gəlməsinin əsas məqsədi Azərbaycanda dənizçilərin hazırlığı, diplom verilməsi və dənizçilərin növbə çəkməsinin təftişi daxildir. Bu bizim hökumətimiz tərəfindən ratifikasiya olunmuş 1995-ci il düzəlişləri ilə STCW-78 beynəlxalq konvensiyasının tələbləridir. Sizə bildirim ki, bu çox ciddi tədbirdi və biz buna tam məsuliyyətlə hazırlaşırıq.

- Hazırda yüklərin daşınmasını, xüsusilə neft və neft məhsullarının daşınmasını artırmaq üçün Azərbaycan donanmasının, həmçinin liman və digər infrastrukturunun müasirləşdirilməsi nə dərəcədə lazımdır?

- Çox maraqılı və xüsusi yanaşma tələb edən sualdır.

Hazırda Azərbaycanın ticarət donanması Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus olan 40 tanker, 25 yük gəmisi və 7 bərədən ibarətdir. Əsasən tankerlər köhnədir və bu gəmilərdən 10-u əlavə korpusu olmayan tankerlərdi və yalnız 2010-cu ildə daxil olmaqla istismar oluna bilər. Gəmilər orta hesabla 25-30 ildir ki, istismar olunurlar.

Donanmanın müasirləşdirilməlsi böyük xərc və zaman tələb edən zəhmətli və ağır prosesdir.

Günbəgün dənizdə üzmək üçün təhlükəsizlik tələblərinin sərtləşməsi faktını nəzərə alsaq Dəniz Administrasiyasının rəhbərliyi Dövlət nəqliyyat donanmasının yeniləşməsi üzrə planların həyata keçirilməsi üçün hökumət tərəfindən baxılması və Dövlət İnvestmsiya proqramına daxil edilməsi üçün 2008-2011-ci illər üzrə öz təkliflərini təqdim edib. Təkliflərə 11 tanker, 10 yük gəmisi və 6 bərə alınması daxildir. Bütün gəmilər ən müasir formada dənizdə üzmək üçün təhlükəsizlik, insan həyatı və ətraf mühitin mühafizəsi tələblərinə cavab verməlidir.

İndi isə dəniz ticarət donanması ilə bağlı.

Ümumilikdə paytaxtımızın inkişaf perspektivi, bütün sənaye obyektlərinin şəhər kənarına çıxarılması və hələ 30 ildən çox əvvəl ümummilli liderimiz Heydər Əliyevin qlobal milli park yaradılması barədə söyləməsini nəzərə alsaq limanın və Bakı buxtasının bütün infrastrukturu dəyişilməlidir. O, "Qara şəhəri" gözəl binaları olan yaşıl bir sahəyə çevirməyi arzulayırdı və indi onun uzaqgörənliyi bəhrəsini verir.

Ələt qəsəbəsində yeni dəniz ticarəti limanın tikilməsi barədə müxtəlif şirkətlərdən təkliflər gəlib. Mənə elə gəlir ki, bu gün üçün Cənubi Koreiyanın "GS Engineering & Construction" şirkətinin təklifi daha münasibdir.

- Son illər həmsərhəd ölkələrin hüquqmühafizə qurumları tərəfindən sahibləri azərbayacanlılar olan və qanunsuz balıqçılıqla məşğul olan gəmilərin saxlanılması halları artıb. Bunun qarşısını almaq üçün hansı tədbirləri görmək lazımdır?

- Bu normal təcrübədir. Bizim də səlahiyyətli orqanlarımız Azərbaycanın yurisdiksiyası altınada olan sulara qanunsuz daxil olan xarici gəmiləri saxlayırlar və onlara qarşı da müvafiq sanksiyalar tətbiq olunur.

Bir çox KİV bunu qeyri-peşəkar işıqlandırır.

Hər bir gəmi sahibi statusundan asılı olmayaraq qanun qarşısında məsuliyyət daşıyır. Əgər gəmi sahibinin kilkə tutmaq üçün icazəsi varsa və o qeyri-qanuni olaraq nərə balığı tutubsa bu məsuliyyət nəzərdə tutur. Burda təəccüblü heç nə yoxdur.

Mən bu məsələni müsahibələrimdən birində işıqlandırmışdım. Hesab edirəm ki, balıqçı gəmilərinin sahiblərinin qeyri qanuni hərəkətlərinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə birlikdə bütün balıqçılıq gəmilərinin, həmçinin vətəndaşların mülkiyyətində olan gəmilərin Azərbaycan limanlarına daxil olması və çıxması prosedurlarını reqlamentləşdirən və bu qaydaların pozulmasına görə məsuliyyəti nəzərdə tutan qanunvericilik aktı hazırlamaq lazımdır.

- Azərbaycan öz gəmilərinin Rusiyanın daxili sularından - Xəzər dənizindən Volqa-Don kanalı ilə Azov dənizinə gəmilərin keçməsində çətinliklə üzləşir. Bu məsələnin tamamilə həll olunması üçün hansı tədbirləri görmək lazımdır?

- Sirr deyil ki, müstəqillik qazandıqdan sonra hər bir respublika öz daxili problemləri ilə baş-başa qaldı və bu problemlərin həlli böyük çətinliklərlə qarşılaşır.

İndi, təqribən iki onillik keçəndən sonra, müəyyən iqtisadi və siyasi stabillik müşahidə olunur ki, bu da öz növbəsində dövlətlər arasınada etibarlı əlaqələri özündə ehtiva edir. "Tərəflər sıx və qarşılıqlı əməkdaşlıq əsasında müqavilə imzalayıblar" ifadəsi indi keçmiş sovet respublikalarına aid edilir. Amma niyəsə biz heç cürə bunu Azərbaycan bayrağı altınada üzən gəmilərin Rusiyanın daxili sularından keçməsi məsələsi ilə bağlı Azərbaycan və Rusiya arasındakı əlaqələrə tətbiq edə bilmirirk.

Hər bir Azərbayacan gəmisindən Rusiyanın daxili sularından bir istiqamətdə keçmək üçün orta hesabla 35-50 min dollar vəsait alınır.

Bu gəmilərin keçidlə bağlı üzləşdiyi problem Azərbayacan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Azərbaycan Respublikası gəmilərinin Rusiya Federasiyası daxili sularından keçməsi şərtləri və qaydaları haqqında Razılaşma" imzalanmaqla həll oluna bilər.

Bu razılaşmanın layihəsi hələ 1994-cü ildə qəbul olunub, amma anlaşılmaz səbəblər ucbatından bu məsələ dondurulub.

İyulun 2-də Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov Sankt-Peterburq şəhərində keçirilən MDB ölkələri dəniz və çay nəqliyyatı üzrə Dövlət Administrasiyalarının Şurasında iştirak edib. Şuranın toplantısında administrasiya rəhbəri bir sıra mühüm məsələlərə cavab verib ki, bunlardan da biri Rusiya Federasiyasının daxili sularından bizim gəmilərimizin keçməsi ilə bağlı məsələ idi.

- Xəzər dənizində yüklərin daşınmasının artmasının planlaşdırılması, həmçinin Bakı-Tiflis-Ceyhan layihəsi çərçivəsində Azərbaycana Qazaxıstandan neft nəqlinin həcminin artmasının gözlənilməsi ilə əlaqədar gəmiçiliyin təkhlükəsizliyinin artırılması üçün hansı tədbirləri görmək lazımdır?

- Yığcam cavab verim - istənilən müəssisənin təhlükəsizliyi yalnız ona qarşı olan bütün tələblərin yerinə yetirilməsinə ciddi nəzarət nəticəsində qoruna bilər. Bu tələblər bizim ratifikasiya etdiyimiz beynəlxalq konvensiyalarda, dənizdə üzmə təhlükəsizliyini, dənizdə insan həyatının və ətraf mühütün mühafizəsini reqlamentləşdirən dövlətdaxili sənədlərdə əks olunub. Göstərilmiş marşrut üzrə neft axının artmasını nəzərə alaraq bu ciddi layihənin iştirakçısı olan tərəfləri arasında təhlükəsizliyin təmin olunması və məsuliyyət zonası dəqiq bölünməlidir. Gəmi sahibləri dənizlə daşınmanın təhlükəsizliyini təmin etməlidirlər. Bunun üçün gəmi "SOLAS-74" Beynəlxalq Konvensiyasının IX fəslinin tələblərinə uyğun olaraq yoxlamadan keçməlidir. ("Təhlükəsizliyin İdarə olunması üzrə Beynəlxalq Konvensiya").

Sonra isə neftin təyin olunmuş son məntəqəyə qədər boşaldılmasının təhlükəsizliyini isə sahil qiurumları təmin etməlidirlər. Bütün bu mexanizm isə qarşılıqlı əlaqələr dəqiq təmin olacağı təqdirdə müntəzəm olaraq işləyə biləcək.

Xəbər lenti

Xəbər lenti