...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2007 11:59 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı/müxbir Trend İ.Xəlilova /Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0001 bənd möhkəmlənib (0,01 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,86214 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi avqustun 8-də (1 ABŞ dolları üçün 0,8539 manat), qalan günlərdə isə bir kurs bir ABŞ dolları üçün 0,8538 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
30 iyul 0,8540 6 avqust 0,8538
31 iyul 0,8540 7 avqust 0,8538
1 avqust 0,8539 8 avqust 0,8539
2 avqust 0,8539 9 avqust 0,8538
3 avqust 0,8539 10avqust 0,8538
Həftə ərzində orta 0,85394 Həftə ərzində orta 0,85382

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,001 bənd (0,1 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,85198 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi avqustun 8-də (1 ABŞ dollarına 0,8526 manat), minimum avqustun 6,7 və 9-da (1 ABŞ dollarına 0,8518 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): avqustun 6-da - 0, 8518AZN/USD məzənnəsi ilə $11,76 mln., avqustun 7-də - 0, 8518 AZN/USD məzənnəsi ilə $8,922 mln., avqustun 8-də - 0, 8526 AZN/USD məzənnəsi ilə $5,66 mln., avqustun 9-da - 0, 8518 AZN/USD məzənnəsi ilə $15,9 mln., avqustun 10-da - 0, 8519 AZN/USD məzənnəsi ilə $13,29 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
30 iyul 0,8540 6 avqust 0,8538
31 iyul 0,8540 7 avqust 0,8538
1 avqust 0,8539 8 avqust 0,8539
2 avqust 0,8539 9 avqust 0,8538
3 avqust 0,8539 10avqust 0,8538
Həftə ərzində orta 0,85394 Həftə ərzində orta 0,85382
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
30 iyul 0,8525 6 avqust 0,8518
31 iyul 0,8523 7 avqust 0,8518
1 avqust 0,8519 8 avqust 0,8526
2 avqust 0,8519 9 avqust 0,8518
3 avqust 0,8521 10 avqust 0,8519
Həftə ərzində orta 0,85214 Həftə ərzində orta 0,85198

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb. Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət 11 manat səviyyəsində olub.Özəlləşdirmə çeklərinin fəaliyyət müddəti 2008-ci il yanvarın 1-də bitir.

Xəbər lenti

Xəbər lenti