...

PriceWaterhouseCoopers: İxtisaslı kadrların çatışmazlığı Azərbaycan müəssisələrinin BMHS-ə keçməsi prosesini ləngidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycanda ixtisaslı kadrların çatışmazlığı iri müəssisələrin beynəlxalq maliyyə hesabatı standartına (BMHS) keçməsi prosesini ləngidə bilər. Bunu bazar ertəsi dünyanın iri konsaltinq şirkəti PriceWaterhouseCoopers nümayəndəsi Elçin İbadov bildirib.

Azərbaycan prezidentinin fərmanına əsasən 2008-ci il yanvar ayının 1-dən ARDNŞ, "Azəriqaz" QSC, "Azərsu" SC, "Azərenerji" SC, "Azərkimya" DŞ də daxil olmaqla ölkənin 20 iri müəssisəsi BMHS-ə keçməlidir.

"Maliyyəçilərin heç də hamısı ingilis dilini mükəmməl bilmirlər. Bu sahədə bütün tədris materialları isə ingilis dilindədir ki, bu da BMHS-ə keçid prosesini iki dəfə ləngidir", - deyə o, PriceWaterhouseCoopers, Azərbaycanın auditorlar palatası və Azərbaycan Dövlət İqtisad Univeyrsitetinin keçirdiyi BMHS-ə həsr olunmuş treninqdə keçirib.

İbadov bildirib ki, BMHS-ə keçid üzrə şirkətin işlədiyi yeganə müştəri Azərbaycan Dövlət Neft Şirkətidir. Yerdə qalan 19 iri şirkət Azərbaycanda nümayəndəliyi olan digər iri konsaltinq şirkətlərinin müştəriləridir.

Tədris vəsaitlərinin azərbaycan dilinə tərcümə olunması üçün PriceWaterhouseCoopers 2007-ci ildə şirkətin Azərbaycan nümayəndəliyi üçün 9,2 min dollar məbləğində qrant ayırıb.

Layihə PriceWaterhouseCoopers Azərbaycan nümayəndəliyi, UniBank və Bakı Fond Birjası ilə birgə həyata keçirilir.

PriceWaterhouseCoopers şirkətinin dünyanın 120 ölkəsində nümayəndəliyi var. Şirkətin dünyada 155 min əməkdaşı var ki, onların da 70-i Azərbaycandadır.

Deloitte, KPMG Azerbaijan və Ernst& Young şirkətlərindən şərh almaq mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti