...

BBVB-də avqustun 20-nə olan birja sövdələşmələrinin nəticələri açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2007 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ü. İsmayılova/ İyulun 13-də Bakı Banklarası Valyuta Birjasının valyuta bölməsində aparılan sövdələşmələrin nəticələrinə əsasən USD/AZN-nin ortaçəkili birja kursu 1 ABŞ dolları üçün 0,8519 AZN təşkil edib. Sövdləşmələrin Birja Elektron Sistemində səhər sessiyasının açılışı zamanı USD/AZN-nin kursu 1 ABŞ dolları üçün 0,8515 AZN-ə bərabər olub. USD/AZN T+0 aləti üzrə sövdələşmə213 350 manat təşkil edib . Manatın kursu sessiyanın nəticələrinə görə dəyişməz qalıb.

USD/AZN T+0 aləti üzrə BEST-in günorta sessiysasında 7 625 130 AZN-ə bərabər məbləğ qeydə alınıb.

Günorta sessiyasının ortaçəkili kursu 1 ABŞ dolları üçün 0,8519 AZN təşkil edib.

Beləliklə hər iki sessiyanın yekunlarına əsasən dollar aləti üzrə sövdələşmələrin ümumi həcmi 9,2 dollar və ya 7 838 480 manat təşkil edib. Bir sövdələşmənin payına orta hesabla 930 min dollar düşüb.

Qeyd edək ki, tələbatın yoxluğu səbəbindən USD/AZN T+1, T+2 və SWAP_USD/AZN aləti üzrə dilerlər tərəfindən sövdələşmə aparılmayıb. BEST-ə EUR/AZN və RUB/AZN alətləri üzrə ərizələr daxil olmayıb. BEST sistemi çərçivəsində fəaliyyət göstərən, baklararası kredit bazarı tərəfindən təşkil olunan bazarda market-meykerlər tərfindən təqdim olunan ərizələr əsasında hesablanan BakiBor indeksi illik manatla 90 günlük alətlər üzrə 14,67%, dollarla isə 15,33% təşkil edib. Birjada banklar arasında kredit alətləri üzrə sövdələşmələr aparılmayıb.

Xəbər lenti

Xəbər lenti