...

Cənubi Koreya Azərbaycanın nəqliyyat sektoruna 3,5 mlrd. dollar sərmayə qoymağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2007 14:50 (UTC +04:00)
Cənubi Koreya Azərbaycanın nəqliyyat sektoruna 3,5 mlrd. dollar sərmayə qoymağa hazırdır

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ Azərbaycan və Cənubi Koreya hökuməti iqtisadi əməkdaşlıq sahəsində prioritet məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Bazar ertəsi Bakıda keçirilən birgə biznes-forumda Azərbaycanın iqtitsadi inkişaf nazirinin müavini Mikayıl Cabbarovun verdiyi məlumata görə, maraqlar bu gün kənd təsərrüfatı, rabitə və nəqliyyat, sənaye, tikinti, ticarət və sərmayə məsələlərinə həsr olunmuş forumun alt komitələrində müzakirə mövzusuna çevriləcək.

"Alt komitələrdə layihələrin müzakirəsi davam edəcək ki, bu layihələr üzərində artıq il yarımdır iş gedir. Qarşıdakı illər üçün planlar müəyyən olunacaq" - deyə o bildirib.

Prioritet məsələlər sırasında Cabbarov aqrar-sənaye kompleksi, elektron ticarət, maşınqayırma, BM-in yaradılmasına qoyulan sərmayələr, azad ticarət zonalarının, sənaye şəhərciklərinin yaradılması, energetika, enerjinin bərpa olunan mənbələri sahəsində, Bakı dairəvi yolunun, Bakı limanının bərpası, gəmiqayırma zavodunun tikintisi, Abşeron yarmadasında neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində layihələri sadalayıb.

Cənubi Koreyanın ticarət, sənaye və energetika nazirinin müavini Li Jae Xun forumda bildirib ki, Koreya Azərbaycanın nəqliyyat sektoruna 3,5 mlrd. dollar, Bakı limanının köçürülməsinə və gəmiqayırma zavodunun tikintisinə isə 400 mln. dollar sərmayə yatırmaqda maraqlıdır.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin İnvestisiya siyasəti şöbəsinin rəhbəri Əsgər Ələkbərovun verdiyi məlumata görə, nəqliyyat sahəsində layihələr müzakirə olunur, onların sırasına sürətli dəmir yolunun tikintisi layihəsi də daxildir.

Xəbər lenti

Xəbər lenti