...

Azərbaycanla Koreya "Nəqliyyatın intellektual idarəetmə sistemi" layihəsinin planlarını müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2007 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Cənubi Koreyanın Tikinti və Nəqliyyat Nazirliyinin nümayəndələri və Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov "Nəqliyyatın intellektual idarəetmə sistemi" layihəsinin gələcəyi ilə bağlı məsələləri müzakirə ediblər. Bu barədə Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir.

Görüşdə nəqliyyat sektorundakı anlaşmalar, Cənubi Koreya tərəfindən dəniz limanının yerinin dəyişdirilməsi və iki ölkənin əməkdaşlıq perspektivləri müzakirə olunub.

Azərbaycan və Koreya avtonəqliyyat və dəmir yolları kimi sahələrdə əməkdaşlıq edirlər.

Xəbər lenti

Xəbər lenti