...

Səhiyyə Nazirliyi: Bakıda binanın uçması nəticəsində 12 nəfər vəfat edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2007 12:42 (UTC +04:00)
Səhiyyə Nazirliyi: Bakıda binanın uçması nəticəsində 12 nəfər vəfat edib

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın Səhiyyə Nazirliyinin cümə günü yaydığı məlumatda bildirilir ki, avqustun 28-i Bakıda 16 mərtəbəli binanın uçması nəticəsində üç nəfər yaralanıb:

Axundov Əvəzağa Bəşirağa oğlu - 24 yaş. Astara şəhəri. Vəziyyəti-orta ağır. (Klinik Tibbi Mərkəz)

Əfəndi Vüqar Mirmahmud oğlu - 22 yaş. Xırdalan şəhəri. Vəziyyəti-orta ağır. (Klinik Tibbi Mərkəz)

3. İbrahimov İbrahimMəhəmmədəli oğlu. 57 yaş. -Abşeron rayon Saray qəsəbəsi. Vəziyyəti -kafi(Travmatoloqiya və Ortopediya İnstitutu)

Hadisə nəticəsində 12 adam vəfat edib.

Feyzullayev Arif Məhərrəməli oğlu- 1968-ci il. Astara şəhəri. (qohumlarına təhvil verilib.)

Babayev Emil Seyfulla oğlu- 1980-ci il. Astara şəhəri. (qohumlarına təhvil verilib.)

Feyzullayev Habil Məhərrəm oğlu- 1977-ci il. Astara şəhəri. (qohumlarına təhvil verilib.)

Feyzullayev Sakit Adil oğlu- 1982-ci il. Astara şəhəri. (qohumlarına təhvil verilib.)

Məhəmmədov Aydın Rəsul oğlu- 1962 ci il. Qax rayonu, Qaşqara kəndi. (qohumlarına təhvil verilib.)

Məhəmmədov Arzu Abbasəli oğlu- 1974 cü il. Gəncə. İmamzadə kəndi. (qohumlarına təhvil verilib)

Məmmədov Fərhad Qədim oğlu- 1964-cü il. Goranboy rayonu. (qohumlarına təhvil verilib.)

İmaməliyev Razi Elsevər oğlu - 1978-ci il. Astara rayon Ərçivan kəndi. (qohumlarına təhvil verilib.)

Əmənov Qədir Qərib oğlu- 1981-ci il. Salyan rayon Kərimbəyli kəndi. (qohumlarına təhvil verilib.)

Orucov Valeh Abbas oğlu. 1964 Abbas oğlu - 1964-cü il. Sabirabad rayon Minbaşı kəndi. (31 avqust səhər saatlarında tapılıb. Qohumlarına təhvil verilmək üzrədir.)

Bundan başqa Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizasına təxminən 2 (iki)naməlum kişi meyitləri də gətirilib. Meyitlər tanınmaları üçün müraciət edənlərə təqdim edilir. (ümumilikdə 12 meyit)

Hadisə baş verdikdən dərhal sonra Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili Təxirə Salınmaz Tibbi Yardım Stansiyası, Şəhərin müxtəlif xəstəxanaları ilə birgə, Məhkəmə Tibbi Ekspertizasında da qərargahlar yaradılıb.

Səhiyyə Nazirliyi tərəfindən təqdim olunan nəqliyyat vasitələri, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsi və Prokurorluq orqanlarının əməkdaşları ilə birgə meyitlər ünvanlarına çatdırılır.

Xəbər lenti

Xəbər lenti