...

Azərbaycan "Şahdəniz" yatağından hasil olunan qazın yeraltı anbarlara vurulmasını dayandırıb

Energetika Materials 10 Oktyabr 2007 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Çərşənbə günü "Azqaztrans" istehsalat birliyinin rəhbəri Zaman Çələbiyevin verdiyi məlumata görə, "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyəti "Şahdəniz" yatağından hasil olunan qazın yeraltı anbarlara vurulmasını dayandırıb. Sutka ərzində hasil olunan 5 mln. kubmetr qaz, elektrik energisi istehsalı məqsədilə, "Azərenerji" Qapalı Səhmdar Cəmiyyətinə ötürülür.

Onun sözlərinə görə, bu il yeraltı qaz anbarına 825 mln. kubmetr qaz vurulub. 380 mln. kubmetr qaz isə, ötən mövsümdən qalıb.

Bu qazdan 2007-2008-ci ilin payız-qış ayları ərzində abunəçilərin təmin olunması məqsədilə istifadə olunacaq. Ötən il qaz anbarına1,024 mlrd. kubmetr qaz vurulub.

Rusiya qazının idxalından imtina olunmasına baxmayaraq, respublikada bu növ yanacığın təminatı ilə bağlı problem yoxdur, QSC-dən verilən məlumatda belə deyilir. Azərbaycanda iki yeraltı qaz anbarı var:Qaradağ və Gəlməz.

Xəbər lenti

Xəbər lenti