...

Aleksandr Xetaquri: "Azərbaycan Gürcüstana qaz nəqlini dayandırmayacaq"

Energetika Materials 11 Oktyabr 2007 19:01 (UTC +04:00)
Aleksandr Xetaquri: "Azərbaycan Gürcüstana qaz nəqlini dayandırmayacaq"

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya / Cümə axşamı Vilnüsdə keçirilən Beynəlxalq energetika konfransında Gürcüstanın enegetika naziri Aleksandr Xetaquri bəyan edib ki, Azərbaycan Gürcüstana qaz nəqlini dayandırmayacaq.

"Qazın nəqlinin dayandırılması barədə heç bir danışıq aparılmır. Bu barədə mənə şəxsən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib" - deyə Xetaquri bildirib.

Nazir bildirib ki, Azərbaycan qazının Gürcüstana nəqli üzrə uzunmüddətli layihələrlə bağlı danışıqlar davam edir. "Bu, konfidensial danışıqlardır və hələ bitməyib. Yalnız bir şeyi deyə bilərəm, danışıqların necə başa çatacağından asılı olmayaraq, əhalinin qaza görə ödədiyi tariflər dəyişməz olaraq qalacaq" - deyə nazir bildirib.

ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə məsləhətçisi Metyu Brayzanın məlumatına görə, "danışıqlar uğurla davam edir". "Mənə məlum olduğu kimi, tərəflər qazın nəqli ilə bağlı razılığa gəliblər və bununla bağlı fikir ayrılıqları mövcud deyil" - deyə Brayza bildirib.

Xəbər lenti

Xəbər lenti