...

ABŞ Azərbaycandan idxal olunan neft yüklərinin həcmini açıqlayıb

Energetika Materials 22 Oktyabr 2007 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / 2007-ci ilin əvvəlindən (yanvar-iyul) ABŞ Azərbaycandan 10,928 mln. barel neft və neft məhsulu idxal edib. Bu barədə ABŞ Eenergetika Nazirliyinin tərkibinə daxil olan Energetika informasiya administrasiyasının məlumatında göstərilib.

İyul ayında idxal 2,715 mln. barel, iyunda - 1,736 mln. barel, mayda - 2,055 mln. barel, apreldə - 1,728 mln. barel, martda 17 min barel, yanvarda 2,677 mln. barel neft təşkil edib.

ABŞ 2006-cı ildə Azərbaycandan 2005-ci ildəki 563 min barel neftə qarşı 10 mln. barel neft alıb. 2004-cü ildə bu göstərici 484 min barel olub.

Azərbaycan nefti Gürcüstanın Supsa limanından ixrac olunur ki, hazırda da ilin sonun qədər davam edəcək təmir işləri ilə əlaqədar, bura neft daşınan Bakı-Supsa kəməri fəaliyyətini dayandırıb. Eyni zamanda, neft Bakıdan dəmir yolu ilə daşınaraq, Gürcüstanın Qara dəniz sahilindəki Batumi limanından ixrac olunur.

Daha bir ixrac marşrutu Bakı-Tbilisi-Ceyhan kəməridir ki, bu kəmərlə də neft Türkiyənin Ceyhan limanına daşınır. Bu kəmər 2005-ci ildən işləyir.

Xəbər lenti

Xəbər lenti