...

Noyabr ayında Novorossiysk limanından neftin yüklənəcəyi tarixlər açıqlanıb

Energetika Materials 1 Noyabr 2007 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ "Energy Intelligence Group"un yazdığına görə, noyabr ayında Rusiyanın Novorossiysk limanından neftin ən böyük həcmi Rusiyanın "Rosneft" şirkəti tərəfindən yüklənəcək. Şirkət 743 min ton nefti altı tanker partiyası ilə yükləyəcək.

Neftin ən kiçik həcmi Rusiyanın "RussNeft" şirkətinin payına düşür ki, şirkət bir tanker partiyası ilə 83 ton xammal yükləyəcək.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Novorossiysk limanından həcmi 160 min ton olan iki tanker partiyası yükləyəcək (hər birində 80 min ton). Neftin yüklənəcəyi tarix müvafiq olaraq noyabrın 16-17 və noyabrın 28-29-na təyin olunub.

Bu şirkətlərdən əlavə, Novorossiysk limanından neft yükləyəcək şirkətlərə "TNK-BP Holding", "Surgutneftegas", "Tatneft", "Gazprom Neft", "LUKoil" və "Kaztransoil" daxildir.

Xəbər lenti

Xəbər lenti