...

"Madrid klub"u neftin yüksək qiymətləri ilə bağıl narahatçılığını ifadə edib – İMMM-nin rəhbəri

Energetika Materials 23 Noyabr 2007 17:11 (UTC +04:00)
"Madrid klub"u neftin yüksək qiymətləri ilə bağıl narahatçılığını ifadə edib – İMMM-nin rəhbəri

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmayılova/ Bu həftə İspaniyada "Madrid klubu"nun energetika sahəsinə həsr olunmuş illik konfransı keçirilib. İctimai Maliyyə Monitorinq Mərkəzinin (İMMM) rəhbəri İnqilab Əhmədovn cümə günü verdiyi məlumata görə, "Elektroenergetika demokratikləşməsı- geopolitika və hakimiyyət" adı altında keçirilən konfransda iştirak edən "Madrid klubu" iştirakçıları hazırkı yüksək neft qiymətləri ilə bağlı narahatçılıqlarını ifadə ediblər. Hazırda dünya bazarlarında bir barrel neftin qiyməti 100 dollara çatır.

Əhmədovun sözlərinə görə, konfransda Avropa enerji təhlükəsizliyi , karbohidrogen tədarükündə Rusiyaya alternativ məsələləri də müzakirə olunub. Avropaya alternativ neft və qaz tədarükçüləri arasında Orta Asiya və Cənubi Qafqaz nəzərdən keçirilir.

İşçi qrupunun iclaslarından birində Əhmədov Avropanın enerji resursları ilə stabil təchiz edilməsində Azərbaycanın enerji imkanlarına dair məruzə ilə çıxış edib.

"Madrid klubu" demokratik ölkə və hökumətlərin 66 keçmiş rəhbərini özündə birləşdirir. Klubun missiyası - demoktariya və demokratik institusiyanın möhkəmləndirilməsi və inikşafında hazırkı ölkə və hökumət başçılarına yardım göstərməkdir. Klub üzvləri arasında beynəlxalq aləmdə tanınmış siyasətçilər var. Klubun müxtəlif layihələr üçün nəzərdə tutulan büdcəsi 10 mlnö avro təşkil edir.

Xəbər lenti

Xəbər lenti