...

Mən dünyanın avronu əsas neft valyutası kimi qəbul etməyə hazır olmasına əmin deyiləm- "The Banker" və "Euromoney" jurnallarının redaktor məsləhətçisi Nik Kokan

Energetika Materials 27 Noyabr 2007 21:00 (UTC +04:00)

Böyük Britaniya, London / Trend , müxbir G. Əhmədova/ "The Banker" və "Euromoney" jurnallarının redaktor məsləhətçisi Nik Kokanla müsahibə

- Bir çox ekspertlər bildirirlər ki, ABŞ dolları ilə ticarət əməliyyatları aparması prosesi günü-gündən sürətlənir. Bu barədə nə deyə bilərsiniz?

- İndiki tendensiya dünya iqtisadiyyatından irəli gəlir. ABŞ dollarının məzənnəsi aşağı düşdükcə, inkişaf edən ölkələrin iqtisadiyyatı daha da güclənir və kapital bu bazarlara təsir etdikcə, onun vacibliyi daha da artır. Avro ABŞ dollarına nisbətən daha əhəmiyyətli valyutaya çevrilir, avronun neft valyutası kimi istifadə edilməsinə yönəlmiş təzyiqlər də çoxalır. Dolların məzənnəsinin aşağı düşməsi ABŞ-ın ölkədə gözlənilmədən baş verən hadisələr və borc problemləri üzərində nəzarəti əldə saxlaya bilməməsi ilə bağlıdır. Artıq uzun müddətdir ki, Amerika dollarının məzənnəsi avroya nisbətən aşağı düşməkdədir. Amerika xarici borclarını ödəmək və xarici kapitalla bağlı problemləri həll etmək üçün böyük restrukturizasiya işləri aparır. Dollar zəifləməkdə davam edəcək. Vaxt var idi 1 funt sterlinq 3 ABŞ dollarına bərabər idi. Məncə, bu tendensiya inkişaf etməkdə davam edəcək. Burada böyük bir problem meydana çıxır, yəni, maliyyə sektoru aşağı faiz dərəcələri, istehlakçılarsa, yüksək faiz dərəcələri tələb edir ki, bu da infilyasiyanın qarşısını ala bilər. Beləliklə, ABŞ-ın maliyyə bazarında daxili dəyişkənlik müşahidə olunur. Bu da narahıatçılığın artmasına səbəb olur. Zəifləmiş dollar qızılın qiymətinin artması deməkdir. Məncə, bu, dolların məzənnəsini ölçmək üçün yaxşı barometrdir.

-Necə fikirləşirsiniz, neftin qiymətinin rekord həddə çatması birja spekyulasiyaları və siyasi təhlükələrlə bağlıdırmı?

- Elədir ki var. Neftin qiymətinin nə üçün qalxması sualına bəlkə də dəqiq cavab vermək olmaz. Xatırladım ki, Azərbaycan bir barrel neft üçün smeta qiymətinə malikdir, bu 40-50 dollar təşkil edir, lakin real qiymət bundan iki dəfə çoxdur. Mən hesab edirəm ki, hər şeyin əsasında siyasi təzyiqlərin və əsəbilyin məcmusu dayanır, spekyulasiya isə, ikinci dərəcəlidir. Bir çox sığorta fondları, investorlar, neft şirkətləri neftdə pay əldə etməyə çalışırlar, çünki bu sahə hazırda gəlirli sahədir.

Əlbəttə , indi bütün istehlak mallarıın qiyməti bahalaşıb, lakin məncə, valyuta və digər aspektləri nəzərə alsaq, neftin qiyməti öz tarixi rekord səviyyəsinə hələ çatmayıb. İndi neftin qiymətləri bizə yüksək görünür, çünki biz aşağı qiymətlərə öyrəşmişik, lakin faktiki olaraq, tarixi nöqteyi-nəzərdən, qiymətlər, infilyasiyanı nəzərə alsaq, yenə də yüksək olub.

- Bir çox ölkələrin ehtiyatları dollarla göstərilir, lakin bu ehtiyatların bir hissəsi gələcəkdə avro ilə göstərilə bilər. Hətta OPEK-in bir sıra ölkləri bunu açıq şəkildə bildiriblər. Dünya dollardan imtina edərsə nə baş verə bilər?

- Mən dolların aşağı məzənnəsi barədə daha bir söz də əlavə etmək istərdim. Bu, Amerika ixracatçıları üçün sərfəlidir. Onlar Yaponiya, Çin və daxili valyutanın dollara nisbətən güclü olduğu ölkələrdən həyata keçirilən idxaldan böyük səmərə əldə edəcəklər. Dünya ticarətində, bir növ, yenidən balanslaşma başlayacaq.

Təbii ki, dollar neft və digər əsas istehlak məhsulları valyutası mövqeyini itirərsə, daha da zəifləyə bilər. Bu, dolların avro və digər valyutalara münasibətdə zəifləməsini sürətləndirəcək. Mən dünyanın avronu əsas neft valyutası kimi qəbul etməyə hazır olmasına əmin deyiləm, çünki avro Avropa İttifaqının genişlənməsi fonunda bir sıra siyasi problemlərə malikdir. Bu o qədər də davamlı valyuta deyil.

Lakin avro zəif dollardan və zəif Amerika iqtisadiyyatından güclüdür. İndi bir çoxları hesab edir ki, hər istənilən valyuta dollardan yaxşıdır.

- Ərəb ölkələrinin narahatlığına, əlbəttə , inflyasiya deyil, bu günlərdə az qala bir barreli 100 dollara çatan neftin qiyməti səbəb olur. Daha nəyin baş verəcəyini gözləmək olar?

- Neftin qiymətinin artması qərb ölkələrinin iqtisadiyyatında inflyasiyanın artmasına səbəb olur. Qərbin iqtisadiyyatı neftdən çox asılıdır, neftin qiyməti yüksək olsa, bir çox istehlak mallarının və avtomobillərin qiyməti artır. Bu da, öz növbəsində, mərkəzi bankların inflyasiyanı aşağı səviyyədə saxlamaq tələblərinə əlavə təzyiqdir. Mərkəzi banklar inflyasiyanın artımına sərhəd qoymaq mandatına malikdir. Bununla yanaşı, Avropanın yüksək faiz dərəcələri Avropa valyutasını daha da cəlbedici edir. İnflyasiyaya gəlincə, biz inflyasiya təzyiqlərinin əlehinəyik.

Məncə, bu elə də dəhşətli deyil. Neftin bir barrelinin qiymətinin 100 dollar olması müvəqqəti haldır. Bütün baş verənlərin səbəbini siyasi və iqtitsadi dəyişkənlikdə görürəm.

- İqtisadi analitik kimi, hadisələrin bu ssenaridə inkişafına hansı proqnozları verə bilərsiniz?

- Mən hesab edirəm ki, neftin qiyməti 100 dollar səviyyəsində uzun müddət qalmayacaq. Neftin yüksək səviyyədə olması qiyməti aşağı salacaq. Ölkələrin qeyri-neft alternativindən istifadə etdiyini nəzərə alsaq, Qərb tələbatı azaltmağa başlayacaq və neftin qiyməti yenidən 60 dollara qədər enəcək.

 - Analitik kimi, Azərbaycanda hadisələrin inkişafı barədə hansı proqozlar verə bilərsiniz?

- Azərbaycan neftin bir barrelinin qiymətinin 100 dollar olmasından faydalanacaq. Məni inanıram ki, hökumətin siyasəti neft gəlirlərinin maksimum səviyyəyə çatdırılmasına yönəlib, bu da daxili müstəqillik, müstəqil iqtisadiyyat yaratmaq məqsədi daşıyır. Daxili müstəqilliyə, davamlı iqtisadiyyata heç bir təsir göstərməyən xarici valyutanın alışına ehtiyac yoxdur. Xarici valyutada idxal əvəzinə, sənayenin daxili sahələri yaradılanda dövlət zərginləşir.

Xəbər lenti

Xəbər lenti