...

Azərbaycan və Mitsubishi məişət tullantıları poliqonundan qazın alınması layihəsinin strukturunu dəqiləşdirilər

Energetika Materials 7 Dekabr 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Yaponiyanın Mitsubishi Korporasiyası Balaxanıdakı məişət tullantıları poliqonundan qazın alınması layihəsinin strukturunu müəyyənləşdirməyə başlayıblar. Bu barədə nazirliyin investisiya siyasəti üzrə şöbəsinin rəisi Əsgər Ələkbərov məlumat verib. Danışıqlar çərçivəsində, layihənin dəyəri, zibilliyin həcmindən asılı olaraq, Balaxanıdakı məişət tullantıları poliqonunun örtülmə müddəti dəqiqləşdirilir. Layihənin reallaşdırılmasına yaxın vaxtlarda, ölkə hökuməti ilə müqavilə imzalandıqdan sonra başlanacaq. Belə ki, Mitsubishi layihənin texniki-iqtisadi əsaslandırılmasını hazırlayıb və İİN-ə təqdim edib. Layihə dövlət büdcəsini yükləmədən reallaşdırılacaq və yüksək ekoloji effekt nəzərdə tutur. Bakı ətrafında ətraf mühit nəzərə çarpacaq dərəcədə təmizlənəcək. Belə ki, metan qazından elektrik enerjisi alınacaq. Mitsubishi öz vəsaiti hesabına elektrik stansiyası tikmək və alınan enerjini təmənnasız olaraq, elektrik paylama şəbəkələrinə vermək niyyətindədir. Poliqonlarda toplanan tullantılar ətrah mühitə mənfi təsir göstərir və onların parçalanması nəticəsində, insan sağlamlığı üçün ziyanlı olan metan qazı formalaşır. Poliqonlar yaxınlıqdakı yaşayış məntəqələrinə təhlükə yaratdığı üçün, tullantılardan istifadə edilməsi zəruri faktordur. Mitsubishi, ilk dəfə olaraq, təmiz inkişaf mexanizmindən istifadə etməklə, fəaliyyət göstərən məişət tullantıları poliqonlarının sağlamlaşdırılmasını öz vəsaitləri hesabına həyata keçirməyi təkilf edib. Layihənin reallaşdırılması nəticəsində, emissiyaların azaldılması üzrə sertifikat almaq və onun inkişaf etmiş ölkələrdə reallaşdırılmasını həyata keçirmək nəzərdə tutulur. Kioto protokoluna əsasən, inkişaf etmiş ölkələr, üzərlərinə götürdükləri kvotaların bir hissəsini digər ölkələrdə qaz emissiyalarının azaldılması ilə ödəyə bilərlər. Ələkbərovun sözlərinə görə, hazırda Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi metan qazı tullantıları üzrə kvotalarını satmağa icazə almaq üçün BMT ilə işləri davam etdirir.

Xəbər lenti

Xəbər lenti