Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) və Fransanın "Total" şirkəti Abşeron dəniz blokunun kəşfiyyatı və işlənməsi layihəsi üzrə razılığa gələ bilməyiblər. Bu barədə cümə axşamı ARDNŞ-dakı mənbə məlumat verib. "Şirkətlərin mövqeləri bir-birindən tamamilə eyni dərəcədə uzaqdır"-ARDNŞ-dakı mənbə bildirib. Danışıqlar hələ də davam etdirilir. Lakin layihədəki kommersiya və texniki risklərin bölünməsi üzrə vacib cəhətlər var. ARDNŞ və digər xarici şirkətlərlə olduğu kimi, Fransanın "Total" şirkəti də kəşfiyyat işləri müddətində bütün xərcləri ARDNŞ-ın çəkməsini təklif edir. Kommersiya xarakterli karbohidrogen ehtiyatları aşkar olunduğu halda fransız şirkəti bu vəsaitləri geri qaytaracaq. Lakin kəşfiyyat işləri mənfi nəticə versə, vəsaitlər qaytarılmır. "Tərəflər bu və digər cəhətlər barəsində hələ ki, razılığa gəlməyiblər"-ARNDŞ-dakı mənbə məlumat verib. Danışıqların aparılması haqqında ARDNŞ və "Total" arasında bir il müddətinə imzalanan Memorandumun (2007-ci il fevralın 8-i) vaxtı növbəti ilin fevralında başa çatır. Fransız şirkəti ilə imzalanan Memorandum çərçivəsində ARDNŞ bu sənədin qüvvədə olduğu müddətdə digər şirkətlərlə danışıqlar aparmamağı öz öhdəsinə götürüb. Əvvəllər bu blokda şirkətlər konsorsiumu işləyib. Blokun operatoru ABŞ-ın "ChevronTexaco" şirkəti (30%) olub. Bu müqavilədə "Total" şirkəti də iştirak edib (20%) . Müqavilə 1997-ci ilin avqustunda imzalanıb və həmin il də ratifikasiya olunub. Blokda bir quyu qazılıb. Tərəflər blokun işlənməsini kommersiya cəhətdən effektsiz sayıblar və ARNDŞ-a kompensasiya ödəyiblər. Müqavilə 2005-ci ildə ləğv edilib. Quyunun qazılmasından sonra yataqda aşkar edilən ehtiyatlar kommersiya cəhətdən cəlbedici sayılmayıb. Lakin ARDNŞ-da hazırda neftə olan qiymətləri və bazarın konyukturasını nəzərə almaqla yatağın yenidən cəlbedici olduğu düşünülür.