...

Qaz OPEK-nin yaradılma perspektivləri – ekspertlərin rəyi

Energetika Materials 25 Yanvar 2008 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir A.Bədəlova/ Qaz İxracatçısı Ölkələri Forumunun (QİÖF) iştirakçıları neft OPEK-nin prinsipləri üzrə qurulan beynəlxalq təşkilat, aparıcı qaz ixracatçıları təşkilatını yaratmağı planlaşdırırlar. "Kommersant" qəzeti yazır ki, bütünlüklə neft OPEK-nin nizamnaməsinə müvafiq olacaq yeni struktur nizamnaməsi Forumun 2008-ci ilin iyununda Moskvada keçiriləcək növbəti iclasında təqdim oluna bilər.

ABŞ bu cür təşkilatın yaradılmasına qarşı çıxış edib. O, hesab edir ki, neft OPEK-nin qaz analoqunun yaradılması hasilatçılar və tələbatçılar üçün problemin yaranmasına gətirib çıxaracaq. Bundan əlavə, bunun qaz qiymətinin kəskin artmasına təsir təhlükəsi mövcuddur.

Rusiyalı analitiklər hesab edirlər ki, qaz OPEK-nin yaradılması layihəsi qazın dünya qiymətlərində əks oluna bilməz.

"Qaz OPEK-nin yaradılması çərçivəsində qiymətlərin nizamlanması barədə danışmaq hələ tezdir" - deyə cümə axşamı Trend a "Antanta Kapital"ın analitiki Teymur Xayrullin bildirib.

Onun sözlərinə görə, cəmi bir neçə ölkə istiqamət və qazın tədarük həcminin nizamlanması ilə məşğul olacaq.

"Təxminən beş qaz istehsal edən ölkə (Rusiya, İran və MBD ölkələri) istiqamət və tədarük həcmini uzlaşdıracaq" - deyə Xayrullin vurğulayıb.

QİÖF-nin hazırda müzakirə etdiyi əsas məsələ heç bir mərkəzləşdirilmiş idarə orqanı və iş koordinasiyası olmayan qeyri-formal klubunu qaz tədarükçülərinin ciddi beynəlxalq təşkilatına çevirməkdir. Xayrullin bildirib ki, qaz bazarı neft bazarından boru kəməri marşrutlarından daha çox asılılığı ilə fərqlənir.

"Qaz istehsalçıları az miqdarda alıcı seçimi imkanlarına malikdirlər ki, bu da onların boru kəməri marşrutlarından asılılığı ilə əlaqədardır. Buna görə də, qaza təlabatı olan regionların seçimi və boru kəmərlərinin tikilməsi böyük əhəmiyyətə malikdir" - deyə o bildirib.

"Alfa Bank" investisiya şirkətinin analitikinin sözlərinə görə, qısa müddətli perspektivdə neft OPEK-nin analoqu üzrə qaz OPEK-nin yaradılması mümkünsüzdür. O bunu spot qaz həcminin kifayət qədər olmaması ilə izah edib.

Onun sözlərinə görə, bu cür təşkilatın yaradılması üçün ən azı birja hərraclarının keçirilməsi lazımdır, necə ki, bunu neft sahəsində edirlər. "Hazırda dünyada bu kimi hərracların keçirilməsi üçün kifayət qədər sərbəst qaz ehtiyatları yoxdur" - deyə Batunin bildirib.

Qaz OPEK-nin yaradılması ideyası ilk olaraq İran tərəfindən səsləndirilib.

QİÖF ilk dəfə olaraq 2001-ci ildə Tehranda toplaşıb. Forum nizamnamə, dəqiq üzvlük sistemi və hər hansı bir ölkədə daimi nümayəndəliyə malik deyil. Burada daima Əlcəzair, Boliviya, Bruney, Venesuela, Misir, İndoneziya, İran, Qətər, Liviya, Malaziya, Nigeriya, BƏƏ, Oman, Rusiya, Trinidad və Tobaqo, Ekvatorial Qvineya iştirak edir. Nazirlərin bir neçə görüşündə həmçinin Türkmənistan da iştirak edib. Norveç müşahidçi hesab olunur.

Xəbər lenti

Xəbər lenti