...

Yanvarda Azərbaycanda neft koksunun istehsalı əhəmiyyətli dərəcədə azalıb

Energetika Materials 7 Fevral 2008 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral/ Trend / Yanvarda "H.Əliyev adına" (keçmiş"Azneftyanacaq") neft emalı zavodunda 0,95 min ton neft koksu istehsal edilib. 2007-ci ilin yanvarında bu rəqəm 1,7 min ton olub. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat veriblər. Yanvarda koks istehsalı proqnozdan 13,45 min ton az olub.

2007-ci ildə neft koksunun istehsalı proqnozlaşdırılmayıb. Lakin ötən ilin yanvar və fevralında kiçik həcmdə neft koksu istehsal edilib. Martda koks istehsalı dayandırılıb və apreldə yenidən bərpa edilib. Nəticədə ümumi həcm 85 min ton təşkil edib.

2007-ci ildə respublikada neft koksu istehsalı 2006-cı ilin analoji dövründən 17,5 min ton (26 faiz) çoxdur.

2006-cı ildə 67,24 min ton koks istehsal edilib. 2005-ci ildə müəssisədə neft koksu istehsal edilməyib. Azərbaycanın neft koksunun əsas istehlakçısı Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti