...

AYİB Azərbaycanda alternativ enerji mənbələrinin inkişafına vəsait ayırmağa hazırdır

Energetika Materials 11 Fevral 2008 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir U.İsmayılova/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı üzrə layihələrə təxminən 13,5 mln. dollar ayırmağa hazırdır. Bu barədə bazar ertəsi sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

Azərbaycan artıq alternativ enerji üzrə layihələr reallaşdırır. Koreyanın STX şirkəti ilə Qobustanda 40 mln. dollar dəyərində külək elektrik stansiyasının tikintisinə dair müqavilə imzalanıb. Günəş enerjisindən istifadə üzrə Almaniya, kiçik hidroelektrik stansiyalardan istifadə üzrə isə Norveçlə iş aparılır.

Yaxın vaxtlarda Quba rayonunun yüksək dağlıq Xınalıq kəndində biokütlədən enerji alınması üzrə layihənin həyta keçirilməsinə başlanacaq. Analoji işlərin ölkənin digər regionlarında da həyata keçirlməsi nəzərdə tutulub.

Hazırda Avropa Bankı Azərbaycanın müxtəlif sektorlarında təxminən 80 layihə reallaşdırır. Bu layihələrə 720 mln. dollar investisiya yatırılıb.

Xəbər lenti

Xəbər lenti