...

"İnam" strukturunda quyuda təzyiqin aşağı düşməsi karbohidrogen movcudluğunun potensial əlaməti ola bilər

Energetika Materials 22 Fevral 2008 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir S.Əliyev / Hazırda Xəzərin Azərbaycan sektorunda "İnam" perspektiv strukturunda kəşfiyyat quyusunun dərinliyi 4000 metrdən çoxdur.

Ekspertlərin sözlərinə görə, güman edilir ki, bir neçə on metrdən sonra, o, "Balaxanı lay dəstəsinin" üstünə girəcək. Bu halda lay təzyiqinin aşağı düşməsi baş verərsə, Suraxanı və Sabunçu lay dəstələrində problemli sahəyə 13 düymlük yan sütun salınacaq və daha sonra quyu aşağı sıxlıqlı qazma məhlulu ilə qazılacaq. Hazırda qazma məhlulunun sıxlığı bir kubmetr santimetrə təxminən 2 qram təşkil edir. Bu, yüksək təzyiqi göstərir.

Təzyiqin aşağı düşməsi baş verməsə, quyunun 13 düymlük yan sütünla qazıntısı davam edəcək. Balaxanı və Fasilə lay dəstəsində təzyiqin aşağı düşməsi bu səmərəli laylarda potensial karbohidrogen ehtiyatlarının olmasını göstərir.

Qazma, "İstiqlal" qazma qurğusu ilə həyata keçirilir. Cədvələ əsasən, quyuda qazma işləri 200 gündən çox davam edəcək. Quyunun layihə dərinliyi 5300 metr təşkil edir.

Quyunun qazıntısı zamanı bir kvadrat düymə 15000 funt təzyiqə hesablanmış tullamaya qarşı priventordan istifadə olunur.

Daha əvvəl "BP Azerbaijan" ("İnam" layihəsinin operatoru) texniki səbəblərdən bu quyunun birinci gövdəsinin qazıntısını dayandırıb və yenisini qazmağa başlayıb. Ekspertlərin qiymətlərinə görə, quyunun gələcək qazıntısı normal rejimdə keçəcək. Noyabrın ortalarında başlanan quyunun qazıntısında, 500 metr dərinliyində yan sütun dərinliyə doğru hərəkət etməyib.

Quyu müqavilə səhasində qazılır. Bu sahə Bakıdan 140 kilometrdə cənuba təxminən 225 kvadrat kilometrlik sahəni əhatə edir. Müqavilə sahəsində suyun dərinliyi şimalda 45 metrdən cənubda 200 metrdədək dəyişilir. "İnam bankasının" minimal dərinliyi dörd metrdir.

"İnam" layihəsinin iştirakçıları bunlardır: ARDNŞ - 50 faiz, BP- 25 faiz (layihənin operatoru), Koreyanın Milli Neft Şirkəti - 20 faiz, Shell - 5 faiz.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti