...

ExxonMobil PSA tipli neft müqavilələri üzrə məlumatın məcburi şəkildə açıqlanmasının əleyhinə çıxış edir

Energetika Materials 11 Mart 2008 17:43 (UTC +04:00)
ExxonMobil PSA tipli neft müqavilələri üzrə məlumatın məcburi şəkildə açıqlanmasının əleyhinə çıxış edir

Qazaxıstan, Astana, 11 mart/ Trend , müxbir K.Konırova/ Amerikanın iri neft neft şirkəti ExxonMobil və onun törəmə şirkətləri Qazaxıstanda çalışan bütün şirkətlərin ödəmələri üzrə məlumatların ümumi şəkildə açıqlanmasının lehinə çıxış edirlər. Bu barədə ExxonMobil Kazakhstan-ın baş meneceri Stiven Rouzun (Steven Rose) çıxışında deyilir. Trend Agentliyi çıxışın tam mətninə malikdir.

Stiven Rouzun çıxışı Qazaxıstanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) üzrə birinci hesabata toxunub. Burada 2005-ci il ərzində respublikanın xammal sektorunda çalışan 98 şirkətdən daxilolmalar üzrə məlumatlar təqdim edilib.

"Həqiqətən də gizli olan məlumatın müdafiəsinə gəldikdə isə, bizim rəyimizə görə, gizli və bizim rəqiblərimiz üçün əhəmiyyətli məlumatın açıqlanmasının qarşısını almaq məqsədilə, məlumatların ümumi şəkildə açılmasını təmin etmək çox vacibdir", - Rouzun məruzəsində deyilir.

O hesab edir ki, "məlumatın açıqlanması üzrə istənilən tələb şirkətlərin müqavilə öhdəliyini pozmamalıdır".

"Biz PSA tipli layihələr və ya digər layihə müqavilələri üzrə məlumatın məcburi şəkildə açıqlanmasının əleyhinə çıxış edirik. Belə sənədlərdə tender və danışıqlar sahəsində şirkətin strategiyası haqqında məlumatlar var. Söhbət sahənin alınmasından gedirsə və ya regionda oxşar geoloji neft-qaz strukturları varsa, bu məsələ xüsusi məna kəsb edir", - Amerika şirkətinin nümayəndəsi bildirib.

Öz məruzəsində EİTİ-nin icrasının təmin edilməsi üzrə Qazaxıstan hökuməti tərəfindən atılan addımları şərh edən Rouz, "eyni zamanda, yerinə yetirilə bilən və bütün maraqlı tərəflər üçün əlverişli olacaq şəffaflığın təmin edilməsi prosesini hazırlamağı" tövsiyə edir.

"Bizim hamımız üçün təşkilatın çətiri altına çox şeyin toplanmasına cəhd etməmək çox vacibdir. Məsələn, tamamilə müxtəlif təşəbbüsləri birləşdirməyə cəhd edərkən, EİTİ-nin genişlənmə prosesini həddən artıq çətinləşməsi riski yaranır. Biz bunun əvəzinə əsas EİTİ missiyamıza sadiqliyimizi saxlasaq, bu təşəbbüs effektli şəffaflığın təmin edilməsində vacib rol oynamağa davam edəcək", - ExxonMobil Kazakhstan-in baş meneceri bildirib.

EİTİ 2002-ci ilin sentyabrında, Böyük Britaniyanın o zamankı Baş naziri Toni Bleyer tərəfindən elan edilib. Onun məqsədi həm hasilat şirkətlərinin ödəmələri, həm də təbii ehtiyatlarla zəngin ölkələrin hökumətlərinin aldığı gəlirlər haqqında məlumatın şəffaflığına nail olmaqdır. 2005-ci ilin iyununda Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu təşəbbüsün dəstəklənməsini elan edib.

Xəbər lenti

Xəbər lenti