...

Azərbaycan birinci rübdə kerosin istehsalını azaldıb

Energetika Materials 15 Aprel 2008 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxil olan Bakı NEZ, Heydər Əliyev adına zavod (keçmiş Azerneftyanacag) və Azerneftyag yanvar-martda 1,9 mln. ton neft emal ediblər. Bu müəssisələrdə neft məhsulları istehsalı ötən ilə nisbətən 4,6 faiz artıb.

Azərbaycanın Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin analoji dövrünə nisbətən avtomobil benzini istehsalı 26 faiz, dizel yanacağə 25 faiz, yağlar 2,5 dəfə, bitum 10,3 faiz artıb. Kerosin istehsalı 7,3 faiz, mazut 39,6 faiz, nafta 47,9 faiz azalıb.

2008-ci ilin birinci rübündə Azərbaycanda neft məhsulları istehsalı:

Min ton 2008-ci il yanvar-mart 2007-ci ilin yanvar-martına nisbətən%
Avtomobil benzini 266,6 126
Kerosin 193 92,7
Yanacaq mazutu 443 60,4
Dizel yanacağı 612,6 125,1
Neftbitum 26,3 110,3
Sürtkü yağları 21,2 2,5 dəfə
Nafta 74 52,1
Xəbər lenti

Xəbər lenti