...

Bu gün "Odessa-Brodı" layihəsinin müzakirəsi daha konkret xarakter daşıyır – Azərbaycan prezidenti

Energetika Materials 22 May 2008 18:08 (UTC +04:00)
Bu gün "Odessa-Brodı" layihəsinin müzakirəsi daha konkret xarakter daşıyır – Azərbaycan prezidenti

Ukrayna, Kiyev, 22 may/ Trend , müxbir Z.Novosvitski/ Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, bu gün "Odessa-Brodı" layihəsinin reallaşdırılması məsələsinin müzakirəsi daha konkret xarakter daşıyır. O, bu barədə Kiyevdə, Ukrayna prezidenti Viktor Yuşşenko ilə birgə mətbuat konfransında məlumat verib.

"Bu layihəyə cəlb edilən bütün ölkələrin siyasi dəstəyi var. Bizə yalnız iqtisadi və texniki detalları razılaşdırmaq, onları təcrübədə sınamaq və nəticələrə baxmaq qalıb", - Əliyev bildirib.

Azərbaycan prezidenti təsdiq edib ki, onun ölkəsi həmişə ixracın diversifikasiyası siyasətinin tərəfdarı olub. İlham Əliyev bir neçə gün əvvəl, Gürcüstanın Qara dəniz sahilində Azərbaycanın sərmayələri hesabına tikilmiş yeni terminalın açıldığını xatırladıb.

"Bu terminal müəyyən mənada Odessa-Brodı-Plotsk-Qdansk layihəsinin cəlb edilməsini nəzərdə tutur və beləliklə, enerji dəhlizinin ayrılmaz hissəsi olur", - Azərbaycan prezidenti bildirib.

İlham Əliyev bildirib ki, Kiyevdə keçirilən danışıqlar zamanı Azərbaycanın "Odessa-Brodı" layihəsində daha geniş formatda iştirakı müzakirə edilib. Söhbət neft emalı, distribusiya, neft məhsulları ilə Ukrayna və qonşu dövlətlərin bazarına çıxış üzrə birgə hərəkət imkanlarından gedir.

"Biz buna geniş formatda baxırıq və bilirəm ki, Ukraynanın da mövqeyi belədir. Bu layihənin, yalnız Ukrayna və Azərbaycan deyil, digər ölkələr arasında da geniş əməkdaşlıq spektrində davamı olmalıdır. Biz bu gün Xəzər və Baltik dənizini birləşdirən enerji dəhlizindən danışırıq. Bu, regional əməkdaşlığın yeni elementidir", - Əliyev bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti