...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 19 İyun 2008 20:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin iyulun 18-də qiyməti 1 barel üçün 134,46 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətdə 1 barel üçün 1,47 dollar azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın iyunun 18-də qiyməti 1 barel üçün 132,09 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 1,47 dollar azdır.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

İyunun 18-də URALS neftinin qiyməti 1 barel üçün 123,71 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 1,33 dollar azdır.

Analoji vəziyyət Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin iyunun 18-də qiyməti 1 barel üçün 129,85 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 1,49 dollar azdır.

Xəbər lenti

Xəbər lenti