...

ARDNŞ rəhbəri Aşqabadda Türkmənistan prezidenti ilə görüşüb

Energetika Materials 20 İyun 2008 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend / Cümə axşamı Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbəri Rövnəq Abdullayevi qəbul edib. Bu barədə Türkmənistanın Dövlət İnformasiya Agentliyi (TDH) xəbər verib.

TDH-nın verdiyi xəbərə görə, görüş zamanı həmsöhbətlər iri karbohidrogen ehtiyatları, yanacaq-energetika sektoru, xüsusilə də neft sahələrinə malik olan iki qonşu ölkənin iqtisadiyyatı üçün strateji olan qarşılıqlı faydalı əməkdaşlıq üzrə imkanlar və perspektivli istiqamətlər üzrə fikir mübadiləsi aparıblar. Bununla əlaqədar Xəzərdə qarşılıqlı fəaliyyət məsələsinə də toxunulub.

Azərbaycan tərəfinin türkmən tərəfdaşlarla uzunmuddətli işgüzar əlaqələrin qurulmasında son dərəcə maraqlı olduğunu bildirən Abdullayev qeyd edib ki, Türkmənistan prezidentinin Azərbaycana rəsmi səfəri və yüksək səviyyəli danışıqların yekunu üzrə əldə olunan razılaşmalar o cümlədən YEK sahəsində dövlətlərarası qarşılıqlı fəaliyyətə güclü təkan verib.

Bu kontekstdə payızda Bakıda dünyanın iri şirkətləri, beynəlxalq maliyyə və investisiya strukturlarının nümaynədələrinin iştirakı ilə keçiriləcək "Türkmənistan və Azərbaycanın neft və qazı" beynəlxalq konfransının əhəmiyyəti də qeyd olunub.

Xəbər lenti

Xəbər lenti