...

Bakı-Tbilisi-Ceyhan neft kəmərində partlayış nəticəsində 12 min barel xam neft yanıb

Energetika Materials 6 Avqust 2008 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir S.İlhamqızı / Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyənin Ərzincan bölgəsindən keçən hissəsində baş vermiş partlayış nəticəsində 12 min barel xam neft yanıb. Bu barədə Türkiyənin "Cihan" Xəbər Agentliyi məlumat yayıb.

Qəza gecə saatlarında Ərzincan-Refahiyə yolunun 60-ci km-də, Yurtbaşı kəndi yaxınlığında baş verib. Partlayışın səbəbləri hələki məlum deyil. Yanğının 50 metr yüksəkliyə qalxdığı bildirilir.

Ərzincan Dövlət Hava Yollarına aid 2 yanğınsöndürən maşın, Ərzincan bələdiyyəsinə aid 1 yanğınsöndürmə briqadası, 3 su tankı, Refahiyə bələdiyyəsinə aid 2 yanğınsöndürən maşın, 1 ekskavator və bir buldozer hadisə yerinə gətirilib.

Ərzincanın Refahiyə Jandarmeriyasından Trend -a verilən məlumata görə, yanğının söndürülməsi üzrə işlər hələ də davam etdirilir.

Yanğının artıq 10 saatdır davam etdiyi bildirilir.

Xəbər lenti

Xəbər lenti