...

ARDNŞ qazma platformasının quraşdırılması üçün iri dəniz strukturunun dibinin öyrənilməsini başa çatdırıb

Energetika Materials 22 Avqust 2008 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust/ Trend , müxbir E.İsmayılov/ Azərbaycan Dövlət Neft Şirkətinin "Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsi" "Ümid" qaz-kondensat dəniz strukturundan götürülmüş qruntun laborator tədqiqatlarını başa çatdırıb,- cümə günü İdarədən bildiriblər.

Dəniz sahəsinin dibinin öyrənilməsi onun etibarlılığını və sahədə quraşdırılması planlaşdırılan "Ümid- 1" platformasının ağırlığına dözmək qabiliyyətini müəyyən etmək üçün aparılıb.

""Ümid" üzrə laborator tədqiqatları artıq başa çatıb, bütün məlumatlar yeni platformanın ["Ümid-1"] harada quraşdırılacağını həll edəcək "Neftqazlayihə" İnstitutuna təqdim edilib.

"Ümid- 1" dəniz platformasının istismarı ARDNŞ -yə şəxsi vəsaitlər hesabına işlənilən yataqlardan qaz hasilatının artırlması üzrə proqramın reallaşdırılması çərçivəsində lazımdır. Platformadan altı qaz quyusu qazmaq planlaşdırılır.

Tikilib başa çatdırılmamış "Çıraq- 6" platformasının bazasında tikilən "Ümid- 1" platforması proqram çərçivəsində ən iri obyektdir - onun hündürlüyü 72 m olacaq. Platforma "Bulla dəniz" dəniz yatağından 15 km məsafədə, suyun 58 m dərinliyində yerləşdiriləcək.

"Ümid" dəniz yatağında güman edilən qaz ehtiyatları 200-300 mlrd. kubmetr qiymətləndirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti