...

Əcnəbi şirkətlər Qazaxıstan tranzitini xilas edəcək

Energetika Materials 4 Sentyabr 2008 15:49 (UTC +04:00)
Əcnəbi şirkətlər Qazaxıstan tranzitini xilas edəcək

Qazaxıstan, Astana, 04 sentyabr/ Trend , müxbir K.Konırova/ Nüfuzlu neft şirkətlərinin Azərbaycan və Qazaxıstanda iştirakı Qazaxıstanın neft və neft məhsullarının Gürcüstan vasitəsilə dünya bazarlarına maneəsiz nəqli məsələsinin nizamlanmasında katalizator olacaq.

"Müharibə (Gürcüstan və Cənubi Osetiya arasında) daimi deyil. Nüfuzlu iri neft şirkətlərinin Azərbaycan və Qazaxıstanda iştirakı isə, bu məsələnin nizamlanmasında ən sürətli amil kimi çıxış edə bilər", - Gürcüstandakı hadisələrin Qazaxıstan neftinin Qafqazdan keçməklə nəqlinə təsirini şərh edən "KazMunayQaz"ın prezidenti Kairgeldı Kabıldin cümə axşamı mətbuat konfransında bildirib.

Gürcüsatnın Batumi limanında Qazaxıstana məxsus neft terminalı yerləşir. Azərbaycanın Bakı - Tbilisi - Ceyhan, Bakı - Supsa neft kəmərləri, Cənubi Qafqaz qaz kəməri Gürcüstandan keçir. Azərbaycanda neft - qaz yataqlarının işlənilməsi üzrə ən iri operator BP şirkətidir. Ölkədə, həmçinin, ExxonMobil, ChevronTexaco, Shell, "LUKoyl" və digər şirkətlər çalışırlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti