Azərbaycan, Bakı, 10 oktyabr/ Trend / 2008-ci il oktyabrın 1-nə olan məlumata görə, SOCAR-ın istismar quyuları fondu, birgə müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla? 6053 quyu təşkil edir (2007-ci il oktyabrın 1-nə olan yekunlar üzrə 6175 quyu), - SOCAR-dan bildiriblər.
Ümumi saydakı 4806 quyu (2007-ci il oktyabrın 1-nə olan yekunlar üzrə 4901) fəaliyyət göstərən, 1230 isə (2007-ci il oktyabrın 1-nə olan yekunlar üzrə 1260) fəliyyət göstərməyən fonddadır. 17 quyu (2007-ci il oktyabrın 1-nə olan yekunlar üzrə 14) mənimsənilməkdədir.