...

"Heydər Əliyev adına" qazma qurğusu LUKOYL - un sifarişi üzrə qazma işləri aparmaq üçün şimali Xəzərə aparılacaq

Energetika Materials 14 Oktyabr 2008 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr/ Trend / LUKOYL şirkətinin icarəyə götürdüyü Danimarkanın Maersk şirkətinə məxsus "Heydər Əliyev adına" qazma qurğusu SOCAR şirkətinin (Azərbaycanın Dövlət Neft Şirkəti) Xəzər Dəniz Neft Donanmasının gəmiləri ilə "Yalama" strukturunda (şimali Xəzər) kəşfiyyat xaraketrli qazma işlərinin aparılacağı yerə gətiriləcək, - SOCAR-ın çərşənbə axşamı yayılan məlumatında bildirilir.

Əvvəllər qazma işlərinə noyabrın ortalarında başlanılacağı güman edilirdi. Qazmanı, perspektivli blokun məhsullarının kəşfiyyatı, işlənməsi və paylanmaaası layihəsinin operatoru "Overseas Operating Company Ltd."həyata keçirəcək. İkinci kəşfiyyat quyusunun dərinliyi 2650 metr təşkil edəcək, birinci kəşfiyyat quyusundan 22 km aralıda suyun 690 metr dərinliyində qazılacaq.

LUKOYL "Yalama"da ilk quyunu 2005 - ci ildə qazıb. Quyunun dərinliyi 4400 m, layihə dərinliyi 4500 m təşkil edib. Qazma zamanı şirkət üçün kommersiya maraqları kəsb etməyən cüzi həcmdə karbohidrogen aşkar olunub.

"Heydər Əliyev adına" qazıma qurğusu suyun 1000 metr dərinliyində 9 min metrədək dərinlikdə quyu qazmaq üçün nəzərdə tutulub. Xəzərin maksimal dərinliyi 1025 m. təşkil edir, bu isə o deməkdir ki, qurğu əməli olaraq onun bütün akvatoriyasında işləyəbilər.

"Yalama" (D-222 bloku) strukturunun işlənməsi üzrə müqavilə 1997- ci il iyulun 3 - də imzalanıb. D-222 bloku "Yalama" strukturunun bir hissəsidir və sahildən 30 km məsafədə, 80 metrdən 70 metr dərinliyinə qədər Xəzərin Azərbaycan və Rusiya sektorlarında bərabər hissələrlə yerləşir.

2003 - cü ildə D - 222 blokunda kəşfiyyat işlərinin aparılması və blokun işlənməsinə dair əlavə şərtlərlə bağlı razılaşma zərfi imzalanıb, müqavilə "LUKOYL"un layihədə payının 80%-dək artırılması və müqavilə sahəsinin 3 min kvkm - dək genişləndirilməsini nəzərdə tutur. 2006 - cı ildə kəşfiyyat dövrü 2009 - cu il noyabrın 1-dək uzadılıb.

Xəbər lenti

Xəbər lenti