...

Xəzərin Qazaxıstan sektorunda 120 struktur resurs imkanlarına malikdir – nazir

Energetika Materials 20 Oktyabr 2008 17:04 (UTC +04:00)

Trend-i buradan izləyin

Qazaxıstan, Astana, 20 oktyabr / Trend , müxbir K.Konırova/ Xəzər şelfinin Qazaxıstan hissəsində təqribən 120 struktur ponetsial resurs imkanlarına malikdir. Bu barədə bazar ertəsi Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Sauat Mınbayev bildrib.

"Bu gün bizim 46 strukturumuz var, onlar üzrə 11 müqavilə imzalanıb. Hələ boş qalan 74 potensial strukturumuz var və onlar üzrə müqavilə bağlanmayıb", - deyə Mınbayev bildirib.

Onun sözlərinə görə, gələcəkdə boş sahələrin necə birləşdiriləcəyi və nə qədər müqavilə bağlanacağı hələlik məlum deyil.

"Hər şey danışıqlar və geoloji informasiyalardan asılı olacaq. Çünki müqavilə ərazilərinin konfiqurasiyası fərqli ola bilər", - deyə nazir bildirib.

Qazaxıstanın 74 boş sahə ilə bağlı gələcək planlarına gəldikdə isə, Mınbayevin sözlərinə görə, bu barədə danışmaq hələ tezdir.

"Bəli, bizim müəyyən planlarımız var, lakin anons vermək tez olardı. Bizim xüsusilə "Satpayev" və "Darxan" (Xəzər şelfində) sahələri ilə bağlı planlarımız var və hansısa konkret razılaşma barəsində danışmaq tezdir; yekun qərara yaxın razılaşmalar yoxdur", - deyə Mınbayev yekunlaşdırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti