...

Halliburton və "KazMunayqaz" birgə memorandum imzalayıblar

Energetika Materials 22 Oktyabr 2008 21:01 (UTC +04:00)

Qazaxıstan, Astana, 22 oktyabr/ Trend , müxbir K.Konırova/ Amerikanın Halliburton şirkəti "KazMunayqaz" SC və onun törəmə şirkətləri "KazMunayTengiz" və "KMQ - Servis" ilə anlaşma və əməkdaşlıq memorandumu imzalayıb, - Qazaxstanın Baş nazirinin mətbuat xidmətinin məlumatında bildirilir.

Çərşənbə günü Qazaxıstanın Baş naziri Kərim Məsimovun Halliburton şirkətinin Direktorlar Şurasının sədri, prezidenti və İcraçı direktoru Devid Lezarla görüşü baş tutub. Görüşün yekunu üzrə memorandum imzalanıb.

"Görüş iştirakçıları şirkətin Qazaxıstandakı fəaliyyətinin inkişaf perspektivlərini, eləcə də Halliburton-un ölkədə planlaşdırdığı birgə layihələri müzakirə ediblər", - məlumatda deyilir.

Baş nazir görüş zamanı qazax mütəxəssislərinin hazırlanması və yenidən hazırlığının zəruriliyinə xüsusi diqqət yönəldib.

Lezar Halliburton-un Qazaxıstanda insan kapitalının inkişaf etdirilməsi praktikaısna sadiqliyini təsdiqləyib. Sonda tərəflər tam qarşılıqlı anlaşma və xarici sərmayədarların Qazaxıstanda işləməsi üçün şəraitin olduğunu təsdiqləyiblər.

Xəbər lenti

Xəbər lenti