...

Heydər Əliyev adına qazma qurğusu "LUKoyl"un layihəsi üçün qazmaya başlayır

Energetika Materials 23 Oktyabr 2008 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr/ Trend , müxbir E.İsmayılov/ Danimarkanın Maers şirkətinə məxsus Heydər Əliyev adına qazma qurğusu Xəzər dənizində D - 222 perspektvli strukturunun ("Yalama") qazma nöqtəsinə gəlib, -Maers şirkətindəki işlərə yaxın mənbə cümə axşamı bildirib.

"Qurğu artıq yerindədir və qazma nöqtəsində yerləşdirilməsi üçün lövbərlər atılır", - mənbə bildirib.

İkinci quyunun qazılmasını Maersk şirkəti həyata keçirir. İşlər yaxın günlərdə başlayacaq, -mənbə bildirib. Qazma qruğusu bu layihənin operatoru olan Rusiyanın "LUKoyl" neft şirkəti tərəfindən icarəyə götürülüb.

İkinci kəşfiyyat quyusunun dərinliyi 2650 metr təşkil edəcək, birinci kəşfiyyat quyusundan 22 km aralıda suyun 690 metr dərinliyində qazılacaq.

LUKOYL "Yalama" da ilk quyunu 2005 - ci ildə qazıb. Quyunun dərinliyi 4400 m, layihə dərinliyi isə, 4500 m təşkil edib. Qazma zamanı şirkət üçün kommersiya maraqları kəsb etməyən cüzi həcmdə karbohidrogen aşkar olunub.

"Heydər Əliyev adına" qazıma qurğusu suyun 1000 metr dərinliyində 9 min metrədək dərinlikdə quyu qazmaq üçün nəzərdə tutulub. Xəzərin maksimal dərinliyi 1025 m təşkil edir,bu isə o deməkdir ki, qurğu əməli olaraq onun bütün akvatoriyasında işləyə bilər.

"Yalama" (D -222 bloku) strukturunun işlənməsi üzrə müqavilə 1997 - ci il iyulun 3 - də imzalanıb. D -222 bloku "Yalama" strukturunun bir hissəsidir və sahildən 30 km məsafədə, 80 metrdən 70 metr dərinliyə qədər Xəzərin Azərbaycan və Rusiya sektorlarında bərabər hissələrlə yerləşir.

Bu layihənin iştirakçıları aşağıdakılardır: "LUKoyl" - 65 faiz, SOCAR şirkəti (Azərbaycanın Dövlət Neft Şirkəti) - 20 faiz və Gaz de France - 15 faiz.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti