...

Qaz OPEK-inin yaşama perspektivi yoxdur – xarici ekspertlər

Energetika Materials 23 Oktyabr 2008 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr/ Trend , müxbir A.Bədəlova, Y.Ostapenko/ Neft kartelinin analogiyası üzrə qaz OPEK- inin yaradılması perspektivləri hazırki mərhələdə qeyri - real görünür, - Trend -ın sorğu apardığı analitiklər hesab edir.

Qətər, Rusiya və İran ixrac qaz müqavilələri imzalamaqla, əməkdaşlıq haqqında razılığa gəliblər. Rusiyanın qaz inhisarçısı "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Millerin sözlərinə görə, bu üç ölkə tərəfindən geoloji - kəşfiyyat və yanacağın hasilatından başlayaraq, nəqletmə və bazarların təhlilinədək qazın qiymətlərinin formalaşdırlmasının bütün zəncirini əhatə edən birgə layihələrin müzakirəsi ilə məşğul olacaq texniki komitə yaradılacaq. Beləliklə, dünyada qaz istehsalçıları və ixracatçılarını birləşdirəcək və neft OPEK-inin modeli üzrə işləyən qaz karteli yaradılacaq.

"Bu gün neft kartelinə analoji olan və hasilata kvotaların tətbiq edilməsi yolu ilə qiymətlərə təsirə yönəlmiş qaz OPEK-inin yaradılmasına ciddi əsas görmürəm", - ABŞ - ın Dövlət Energetika İnformasiyası İdarəsinin (EİA) analitiki Castin Barden (Justine Barden) cümə axşamı elektron poçtla Trend - a bildirib.

Qaz OPEK - inn yaradılması perspektivlərini olduqca qeyri - real hesab edən rusiyalı analitiklər də belə rəydədirlər.

Rusiyanın aparıcı sərmayə banklarından biri olan Alfa Bank-ın analitiki Şirvani Abdullayevin rəyinə görə, ən iri qaz tədarükçüləri "üçlüyünün" qaz OPEK-inin yaradılması haqqında bəyanatı siyasi xarakter daşıyır.

"Onun yaradılması haqqında çoxdan söhbət gedir. Qaza tələbat artarsa, bir tərəfdən, Avropa və ABŞ arasında, digər tərəfdən, İranla siyasi problemlər keçmişdə qalarsa, onların arasında əməkdaşlıq başlasa, o zaman  qazın İİR - dən Avropaya, Asiyaya gedəcəyini və türkmən qazı vasitəsilə Avropa bazarı ilə bağlı olacağını təsəvvür etmək olar", - Abdullayev cümə axşamı telefonla Trend -a bildirib.

Lakin onun sözlərinə görə, bu 10 - 20 ildən sonra həll edilə bilər. "Bu mərhələdə mən bu təzyiqə xüsusi əhəmiyyət verməzdim", - Abdullayev əlavə edib. Onun sözlərinə görə, üç ölkənin OPEK yaratması yolu ilə qazın qiymətlərinə təsir göstərmələri real görünmür. "Bu üç ölkə öz aralarında nəqliyyat qovşaqları, boru kəmərləri ilə birləşsəydi, onlar qazı bir rayondan digərinə nəql edərək, qiymətlərə təsir edə bilərdilər. Nə qədər ki, İran, Qətər, Rusiyanın qaz bazarları öz aralarında bağlı deyillər, onların hansısa şəkildə qazın qiymətlərinə təsir edə biləcəklərindən danışmaq real deyil", - Abdullayev əlavə edib.

Avropa İttifaqı üç dövlətin razılaşmasında qaz ticarətinin şəffaflığına təhdid görür. Avropa Komissiyasının nümayəndəsi Ferran Tarradellasın rəyinə görə, qaz kimi məhsulların satışı üçün ən yaxşı şərait azad və şəffaf bazardır. "Rusiya, İran və Qətər "qaz OPEK"i yaradarsa, Avropa İttifaqı özünün enerji siyasətinə yenidən baxacaq", - o bildirib.

Abdullayevin rəyinə görə, Rusiyanın qazın qiymətlərinin formalaşdırılmasında Şimali Afrika ilə əməkdaşlığa başlaması istisna olmaqla, bu gün narahatlığa səbəb yoxdur.

"Avropa bazarı ilə bağlı olan yeganə yer Şimali Afrikadır (Əlcəzair və potensial olaraq Liviya). İran  çox uzaqdır, onun Avropa ilə nəqliyyat əlaqələri yoxdur", - Abdullayev bildirib.

EİA- nın analitikinin sözlərinə görə, hazırda dünya qaz tədarüklərinin yeni modeli hazırlanır. Bu model, gələcəkdə müxtəlif region və ölkələrdən qaz tədarükünün saxlanılması da daxil olmaqla, bir neçə variantı sınaqdan keçirməyə imkan verəcək. "Bu modelin ilkin sınaqları göstərir ki, ölkənin və ya bir sıra ölkələrin tədarükləri məhdudlaşdırması dünya qaz tədarükləri və qiymətlərinə nisbətən  mülayim təsir göstərəcək", - Barden bildirib.

Analitikin rəyinə görə, bütün dünya üzrə qaz mənbələrinin çox olması ilə əlaqədar, bəzi ölkələrdə tədarüklərin məhdudlaşdırılması digər ölkələrdəki mənbələrin inkişafını stimullaşdıracaq.

"Tədarüklərin bu dəyişiklikliyinin dəyəri, çox ehtimal ki, yüksək olacaq və qlobal miqyasda qiymətlərin cüzi artımına gətirəcək, qaz kartelinin fəaliyyət planına daxil olan digər ölkələrlə müqayisədə, qaz idxalından asılı olan ölkələr onun dəyərinin bahalaşması ilə üzləşəcəklər", - Barden bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti