...

SOCAR iri dəniz yatağında yeni quyunun qazılmasına hazırlaşır

Energetika Materials 29 Oktyabr 2008 19:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr/ Trend , müxbir E.İsmayılov/ 2009 - cu ilin yanvarında "Günəşli" yatağının dayazsulu hissəsində yeni neft quyusunun qazılmasına başlanılması üçün "Günəşli-19" dəniz platformasının genişləndirilməsi başa çatmalıdır, - bu yatağı şəxsi vəsaitləri hesabına işləyən SOCAR şirkətindən çərşənbə günü bildiriblər. Yeni quyunun layihə dərinliyi 2800 metr təşkil edəcək.

"Tikinti işləri təxminən 3 ay davam edəcək", - mənbə bildirib.

SOCAR-ın nümayəndəsinin sözlərinə görə, yaxın vaxtlarda "Günəşli -15" platformasında yeni neft - qaz quyusunun mənimsənilməsi başlayacaq. Quyunun layihə dərinliyi 4195 metr təşkil edir.

Hər iki quyu "28 may" Neft- Qaz Çıxarma İdarəsinin (NQÇİ) balansında daxil ediləcək.

"Günəşli" SOCARI-ın müstəqil şəkildə işlədiyi ən iri neft-qaz yatağıdır. SOCAR-ın hasil etdiyi bütün neft və qazın, müvafiq olaraq, 60 və 70 faizi bu yatağın payına düşür.

Yeni quyunun qazılması "Günəşli" dəniz neft - qaz yatağının dayazsulu hissəsini işləyən "28 May" NQÇİ - nin yeni inkişaf proqramı çərçivəsində həyata keçirilir. 2008 - 2010 - cu illərə hesablanmış bu proqram SOCAR tərəfindən təsdiqlənib. Proqram çərçivəsində neft hasilatının sabitləşdirilməsi və təbii qaz hasilatı həcminin artırılması planlaşdırılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti