...

JPMorgan Amerika bankı qazın qiymətinin ucuzlaşacağını proqnozlaşdırır

Energetika Materials 19 Noyabr 2008 21:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir A.Bədəlova/ Dünyanın üçüncü böyük bankı olan Amerika JPMorgan-ın proqnozlarına görə, 2009-cu ildə 1 mln. Britaniyanın istilik vahidinə (BİV) görə qazın orta qiyməti əvvəlki proqnozlarda deyildiyi kimi 7,95 deyil, 7,4 dollar olacaq.

Çərşənbə günü JPMorgan-dan Trend -a bildiriblər ki, gələn il qazın milyon BİV-inin maksimal qiyməti dördüncü rübdə - 8,4 dollar, minimal qiyməti ikinci rübdə - 6,55 dollar qeydə alınacaq. 2009-cu ilin birinci və üçüncü rübündə milyon BİV-in qiyməti 7,35 dollar olacaq.

Proqnozlara görə, 2008-ci ildə qazın milyon BİV-inin qiyməti bankın əvvəlki proqnozlarında deyildiyi kimi, 9, 08 deyil, 9,15 dollar olacaq. Sonuncu rübdə qazın milyon BİV-inin qiyməti 7,45 dollar olacaq.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti