Azərbaycan, Bakı, 22 noyabr / Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Gürcüstanın Supsa limanından Azeri Light markalı şəxsi neft partiyasının satışına dair tender elan edib.
SOCAR-ın məlumatında bildirilir ki, 600 min barel həcmində olan neft partiyası dekabrın 27-28 -də göndəriləcək. Tenderə noyabrın 25 - də yekun vurulacaq, tenderin nəticələri noyabrın 26 - da açıqlanacaq.