...

SOCAR Gürcüstanda yeni yanacaq doldurma stansiyaları açacaq

Energetika Materials 24 Noyabr 2008 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr/ Trend , müxbir E. İsmayılov/ SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) bu günlərdə Gürcüstanın Vaxuşti və Saburtalo rayonlarında yanacaqdoldurma stansiyaları (YDS) açacaq. Bu barədə bazar ertəsi SOCAR Georgia şirkətində işlərə yaxın mənbədən bildiriblər.

SOCAR Georgia şirkətinin rəhbəri Mahir Məmmədov əvvəllər bildirib ki, ilin sonunadək Gürcüstanda SOCAR brendi altında yanacaqdoldurma stansiyalarının sayı 21 ədəd təşkil edəcək. Hazırda Gürcüstanda 17 YDS var.

Əvvəllər mənbə bildirib ki, 2009 - cu ildə Gürcüstanda SOCAR şirkətinə məxsus YDS -nin sayı 35-40 ədəd təşkil edəcək, iki - üç il ərzində onların sayı 60 ədədə çatdırılacaq.

SOCAR Georgia şirkətinin həmtəsisçiləri: ARDNŞ - 51 faiz, Petro-Trans FZCO - 32,7 faiz və İvan Çxartişvili - 16,3 faiz.

Məqalə müəllifi ilə əlaqə ünvanı [email protected]

Xəbər lenti

Xəbər lenti